“Gizli şəkər” PROBLEMİ - Marketlərdə dietik adı ilə satılan məhsullarda əslində nə qədər şəkər var?

Son illər həm mətbuatda, həm də sosial şəbəkələrdə sağlam qidalanma, xüsusilə, şəkərdən imtina ilə bağlı xeyli sayda məlumatlar dərc olunur. Bu səbəbdən də bir çox insan şəkər tərkibli, çox yağlı məhsullardan imtina edir. Bu tələbdən dolayı bazar və marketlərdə xeyli sayda şəkərsiz olduğu iddia edilən, “0% yağlı”, “dietik” məhsullar satılmaqdadır.

Lakin onların tərkibində həqiqətən də şəkər olub olmaması məlum deyil. Həmçinin, bəzi məhsulların tərkibinə aspartam kimi süni şəkər əlavə olunur ki, bu da şəkərdən təxminən 200 dəfə daha şirindir. Lakin kalorisi yox dərəcəsindədir. Bu xüsusiyyətinə görə xüsusilə “şəkərsiz” və “diet” məhsullarda geniş istifadə olunur.

Mövzu barədə fikirlərini Bizim.Media-ya bildiriən qida sahəsi üzrə ekspert Fərid Səfərov deyib ki, marketlərdə “dietik”, “fit”, “0% yağlı” kimi etiketlərlə satılan məhsullar çox vaxt insanlarda sağlam seçim təəssüratı yaradır. Amma reallıq bir qədər fərqlidir.

O, bu məhsullarda niyə şəkərin daha artıq olduğuna belə aydınlıq gətirib:

“Yağ azaldıldıqda məhsulun dadı və teksturası zəifləyir. İstehsalçılar bunu kompensasiya etmək üçün çox vaxt şəkər və ya şirinləşdiricilər əlavə edirlər. Nəticədə “0% yağlı” məhsul daha az yağlı olsa da, şəkər baxımından daha zəngin ola bilər”.

Ekspert əslində məhsulda real şəkər göstəricisinin nə qədər olduğunu qeyd edib:

““Fit” və ya “dietik” yoqurtlarda 100 qramda 8–15 qram şəkər, “0% yağlı” süd məhsulları (məsələn, meyvəli yoqurt): 10–18 qram şəkər, “dietik” peçenye və batonlar: 15–25 qram şəkər (bir porsiyada), “şəkərsiz” yazılan məhsullarda belə bəzən qlükoza siropu, fruktoza, maltodekstrin kimi alternativlər olur”.

Onun sözlərinə görə, məhsullar haqqında qeydə diqqət etmək lazımdır:

“Etiketdə karbohidratlar və şəkərlər hissəsinə baxmaq lazımdır. 100 qramda 5 qramdan az şəkər daha yaxşı seçim sayılır. Tərkib siyahısında ilk 3 maddədən biri şəkərdirsə, ehtiyatlı olmaqda fayda var. Yəni “dietik” və “0% yağlı” məhsullar avtomatik olaraq sağlam demək deyil. Bəzən bu məhsullar klassik variantdan daha çox şəkər ehtiva edə bilər. Ona görə seçim edərkən reklam sözlərinə yox, etiket məlumatlarına əsaslanmaq daha doğrudur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

End of content

No more pages to load

RADİO