Kiber hücumlara qarşı mübarizədə yeni MƏRHƏLƏ – Mütəxəssislərdən vacib ÇAĞIRIŞLAR - FOTO

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, TechPro DC və Binalyze şirkətlərinin birgə təşkilatçılığı ilə “Kiber İnsidentlərə Müdaxilə” mövzusunda tədbir baş tutub. 

Bizim.Media xəbər verir ki, tədbirin əsas məqsədi dövlət və özəl sektorda çalışan mütəxəssislərin müasir dövrdə rəqəmsal kriminalistika və kiber insidentlərə müdaxilə mövzusunda maarifləndirilməsi olub. 

Tədbirdə açılış nitqi ilə çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov kiber insidentlərə operativ və effektiv müdaxilənin müasir dövrdə artan əhəmiyyətindən bəhs edib.


O, ölkəmizdə kibertəhlükəsizliyin rəqəmsal kriminalistika sahəsinin xüsusi diqqətə ehtiyac olduğunu vurğulayıb.

Bu istiqamətdə mütəxəssis hazırlığının inkişaf etdirilməli olduğunu qeyd edib.

Onun sözlərinə görə müasir dövrdə kiber hadisələrin operativ təhlili bir sıra amillər səbəbindən çətinləşir. Bulud və hibrid mühitlər, avtomatlaşdırma və süni intellekt kimi yeni trendlər kiber insidentlərə müdaxiləni çətinləşdirməklə yanaşı, bu hadisələrin təhlilində mütərəqqi texnologiyaların istifadəsini tələb edir.

Bu səbəbdən adı çəkilən tədbiri təşkil etməklə Assosiasiya, tərəfdaşları ilə birlikdə rəqəmsal kriminalistika və insidentlərə cavab mövzusunda dövlət və özəl sektorlararası əməkdaşlığın vacibliyini vurğulayır və Binalyze kimi böyük təcrübəyə malik olan tərəfdaşların texnologiyalarını geniş auditoriyaya çatdırmağa çalışır.

Daha sonra tədbirdə çıxış edən TechPro DC-nin kommersiya direktoru Mircəlal Bağırov, Binalyze şirkətinin ölkə meneceri Hasan Hüseyn Özbenli və AKTA məşvərət şurasının üzvü Erdal Özkaya kiber insidentlərin aşkarlanması, təhlili və cavab tədbirləri ilə bağlı aktual yanaşmaları iştirakçılarla bölüşüblər.

Çıxışçılar real nümunələr əsasında hadisələrə müdaxilə prosesində ortaya çıxan çətinliklər və effektiv həll yolları barədə ətraflı məlumat veriblər.

Tədbir çərçivəsində Binalyze tərəfindən “Binalyze AIR ilə Rəqəmsal Kriminalistika və İnsidentlərə Müdaxilə” mövzusunda praktiki seminar təşkil olunub. Burada iştirakçılara rəqəmsal kriminalistika alətləri və insidentlərə operativ müdaxilə mexanizmləri əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, AKTA üzvləri və ekspertləri, həmçinin ali təhsil müəssisələrinin təmsilçiləri iştirak ediblər. Görüş iştirakçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.












Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

End of content

No more pages to load

RADİO