Deputatdan SƏRT TƏNQİD: “Haqqında cinayət işi açılan şəxsə TƏBİB-də vəzifə verilib”

“Haqqında cinayət işi açılan şəxs ziyanı ödəyəndən sonra TƏBİB-də icraçı direktorun müşaviri oldu, TƏBİB-in idarəetməsində problemin kökünü bu cür şəxslərdə axtarmaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Müşfiq Məmmədli bildirib.

Deputat deyib ki, “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır. Müşfiq Məmmədli konkret faktlara diqqət çəkib:

“Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının-PHŞ-nin sabiq direktoru Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2025-ci ildə ittiham olunub, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza alıb. Lakin bu gün həmin şəxs özəl sektorda “Batıgöz” klinikasında və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərir.
 

Digər bir fakt odur ki, Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdar mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlıgı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılıb. Lakin təyinatdan kənar istifadə olunmuş (və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilib.


Daha sonra isə o, 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun) direktoru vəzifəsinə təyin olunub. Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır. Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur. Bu, sadəcə hüquqi məsələ deyil. Bu, ictimai etimad məsələsidir. Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir”.

Müşfiq Məmmədli qeyd edib ki, məhz buna görə Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə 3-cü bənd əlavə etmək lazımdır: 

“Qeyd edilməlidir ki, bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir. Bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır. Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır. Dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməli, vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməli, və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi vida matçında qol vurdu - VİDEO

Messi vida matçında qol vurdu - VİDEO

Rusiyadan ballistik raket HÜCUMLARI – Ukrayna şəhərləri belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan ballistik raket HÜCUMLARI – Ukrayna şəhərləri belə vuruldu – ANBAAN VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm... – VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm... – VİDEO

Altı rayonda işıq kəsiləcək – ÜNVANLAR

Altı rayonda işıq kəsiləcək – ÜNVANLAR

Vətən müharibəsinin xronikası: 7 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 7 oktyabr - VİDEO

Messi üçün ÖZƏL VİDA: Argentina millisi stadiona açıq avtobusla gedəcək- FOTO/VİDEO

Messi üçün ÖZƏL VİDA: Argentina millisi stadiona açıq avtobusla gedəcək- FOTO/VİDEO

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

End of content

No more pages to load

RADİO