18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Beyləqan sakininə həbsindən 18 ay sonra bəraət verilib.  

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi verilmiş ittihamların təsdiqi üçün təqdim edilmiş sübutları yetərli hesab etməyib.
 

Ağır cinayətdə ittihan olunan 38 yaşlı İlkin Cəfərov Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışıb. Hadisə günü də işi ilə bağlı yaşadığı İkinci Şahsevən kəndindəki su kanalına gedib. İlkin kanalın ətrafında olarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar saxlanıldığını deyiblər.


İlkinə verilmiş ittihamda yazılıb ki, o, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları ilə əlbir şəkildə hərəkət edərək onların qaçaqmalçılıq yolu ilə ölkəyə keçirdiyi narkotik vasitəni götürmək üçün kanalın yanına gəlib. 15 kiloqram qurudulmuş marixuananı götürüb geri qayıdarkən də saxlanılıb.

Amma təqsirləndirilən kəndli hakimlərin qarşısında ittihamı qəbul etməyərək belə bir hadisə baş vermədiyini deyib. 

İlkin məhkəmədə bildirib ki, 2013-cü ildən Beyləqan rayon Su-Kanal İdarəsində nizamlayıcı vəzifəsində çalışır. İşi ilə əlaqədar tez-tez su kanalına gedir, suyun paylanmasını tənzimləyir, bəzən də orada balıq tutur. Hadisə günü də sahə rəisi ona suyu nizamlamağı tapşırıbmış: “Özümlə qarmaq və tor götürdüm ki, işimi bitirdikdən sonra balıq tutum. Kanal sərhəd zastavasının yaxınlığından keçir. Tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər yanıma yaxınlaşdılar. Dedilər ki, sən buraya narkotik götürmək üçün gəlmisən. Əllərimi və gözlərimi bağlayıb təxminən 50 metr apardılar. And-aman etdim ki, narkotik nədir, necə olur, heç bilmirəm. Dedim ki, burada həmişə balıq tuturam, inanmadılar”.

Təqsirləndirilən şəxs aşkarlanan narkotikin ona aidiyyəti olmadığını təkrarlayaraq hakimlərdən ona bəraət verilməsini xahiş edib.
 

Əməliyyatda iştirak edən sərhədçilər isə prosesdə İlkinə qarşı ifadə veriblər. Şahidlərin dediyinə görə, kanalın ətrafına narkotik qoyulması barədə əvvəlcədən məlumat daxil olub, buna görə də orada pusqu qurublar:


“Gördük ki, şəxs paltarlarını soyunub kanalı keçdi, bir az sonra da torba ilə geri qayıtdı. Ona “dayan” əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb. Amma o, sərhəd zolağından arxaya doğru qaçmağa başladı. Tutub saxladıq. Amma saxlanıldığı yerdə balıq tutmaq üçün heç bir avadanlıq yox idi, yalnız paltarlar, rezin çəkmə və mobil telefon var idi”.

Oruc Cəlilovun sədrlik etdiyi məhkəmə kollegiyası ittiham tərəfinin şahidlərinin dediklərini inandırıcı hesab etməyiblər. Hökmə əsasən, İlkin Cəfərov Azərbaycan Respublikası adından təqsirsiz elan edilib. O, dərhal həbsdən azad edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyadan ballistik raket HÜCUMLARI – Ukrayna şəhərləri belə vuruldu – ANBAAN VİDEO

Rusiyadan ballistik raket HÜCUMLARI – Ukrayna şəhərləri belə vuruldu – ANBAAN VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm... – VİDEO

Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Artıq köhnəlmiş mexanizm... – VİDEO

Altı rayonda işıq kəsiləcək – ÜNVANLAR

Altı rayonda işıq kəsiləcək – ÜNVANLAR

Vətən müharibəsinin xronikası: 7 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 7 oktyabr - VİDEO

Messi üçün ÖZƏL VİDA: Argentina millisi stadiona açıq avtobusla gedəcək- FOTO/VİDEO

Messi üçün ÖZƏL VİDA: Argentina millisi stadiona açıq avtobusla gedəcək- FOTO/VİDEO

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

End of content

No more pages to load

RADİO