Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

Ağdam rayonu Səfərli kənd orta məktəbdə direktorla xadimənin davasının təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, oxu.az-a müraciət edən xadimə Ülviyyə Abdullayeva bildirib ki, hadisə məktəb direktorunun onu işdən çıxarmasına görə baş verib:

"Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisə belə baş verib. Ağdam rayonu Səfərli kənd orta məktəbinin istilik sistemi yenilənib və kombi sisteminə keçib. Mən isə 0.5 ştat xadimə, 0.5 ştat isə qazançı işləyirdim. Direktor mənim 0.5 ştatımı kəsdi.

Direktor mənə dedi ki, Bərdə şəhərində konteyner satılır, get, həmin konteyneri al gətir məktəbə, sənin ştatını bərpa edim. Mən də onun dediyi kimi Bərdə şəhərinə getdim, konteynerlə maraqlandım. Mənə konteyneri 4500 manata dedilər. Pulum olmadığına görə, həmin konteyneri ala bilmədim.

Nəhayət, Ağcabədi rayonunda 1200 manata konteyner tapıb aldım, 300 manat da evakuatora verib həmin konteyneri məktəbə gətirdim. Dedi ki, konteyner quraşdırılsa, ştat artırılacaq və mənim ştatımı tamamlayacaq. Konteyner məktəbdə quraşdırılsa da, direktor mənim ştatımı bərpa etmədi. Hər dəfə müxtəlif bəhanələr gətirməklə prosesi yubatdı.

Dəfələrlə direktorun yanına getsəm də, mənim ştatımı bərpa etmədi. Sonra dedi ki, konteyneri qaytar geri, sənin ştatın düzəlmir. Mən də əsəbiləşdim, stolun üstündəki suveniri sındırdım. Məhkəmə də ona görə məni 60 manat cərimələdi".

Ü.Abdullayeva bildirib ki, direktorun təkidi ilə konteyneri orta məktəbin həyətindən götürüb:

"Faktla bağlı Ağdam Rayon Prokurorluğuna müraciət etmişəm, hazırda direktorun fəaliyyəti ilə bağlı araşdırma aparılır. Araşdırmalardan sonra konteynerin məktəbin həyətinə niyə qoyulması, mənim niyə işdən çıxarılmağım məlum olacaq".

Xatırladaq ki, bir müddət əvvəl Ağdam rayonu Səfərli kənd orta məktəbində dava olub.

Məktəbin direktoru Aliyə Əliyeva ilə məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayeva arasında baş verən dava zamanı direktorun stolunda olan suvenir qırılıb. Ağdam Rayon Məhkəməsinin qərarı ilə Ü.Abdullayeva 60 manat cərimələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

End of content

No more pages to load

RADİO