Xocavənd şəhərində daha 33 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər.

Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 33 ailə olmaqla, 142 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

End of content

No more pages to load

RADİO