Mənzil bazarında QEYRİ-MÜƏYYƏNLİK - Rieltor xidmətləri niyə qanunla tənzimlənmir?

Azərbaycanda ev-alqı satqısı, kirayəsi ilə müəyyən şirkət və ya şəxslər məşğul olur. Onların işi isə heç bir qanunla tənzimlənmir. Elə buna görə də ölkədə ev alqı-satqısı və ya kirayə bazarında xaotik vəziyyət yaranıb.

Mənzil alarkən və ya icarəyə götürərkən bu xidməti təşkil edənlər müəyyən faiz məbləğində vəsait tələb edirlər. Əgər aylıq ödənişi 1000 manatlıq olan mənzil kirayəyə götürmək istəyirsənsə, onun ən azı 30 faizini əmlakçı (rieltor) kirayə qalacaq şəxsdən alır.

Bundan başqa, hazırda kirayə mənzil bazarında depozit də mövcuddur. Bunu isə adətən ev sahibi mənzili, mənzildəki əşyaları sığortalamaq məqsədilə kirayə qalacaq şəxsdən tələb edir. Bu məbləğ isə 200-500 manat arasında dəyişir.

Əgər kirayə qalacaq şəxs aylıq min manat ödənişi olan mənzil kirayələmək istəyirsə, ilkin olaraq 1500-1800 civarında pul xərcləməli olur.

Bəs bu qaydaları kim təyin edir? Bu şərtlər doğrudurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu, rieltorlar tərəfindən uzun illər boyu tətbiq olunmuş qaydadır:

“Bunlar nə qanunvericilikdə, nə də hər hansı bir qərarda yazılıb. Bütün daşınmaz əmlak bazarında alqı-satqıdan satan tərəf 2 faiz, alan tərəf 1 faiz haqq götürür. İcarə məsələləri özünəməxsus qaydada tənzimlənir. Bu bəzi hallarda rieltorların komissiya istəməsi ilkin ödəniş və depozitdən asılıdır. Şirkətlərin xərcləri çox olduğu üçün adətən 30 faizdən aşağıya razı olmurlar.Bu xidmətləri göstərən ayrı-ayrı şəxslər 20 faizdən aşağı gəlirə razı olmurlar. Bu, sadəcə, bazarın yazılmamış qanunudur.

Depoziti isə ev sahibləri məsələyə dayanıqlı yanaşmaq üçün istəyirlər. Əgər şəxs depozit ödəyirsə, əmlakı tez tərk etməyəcək, evin təmirinə və əşyalara zərər dəyəcəksə, özünü sığortalamaq məqsədilə verir. Bu, əslində yaxşı bir göstəricidir”.

Onun sözlərinə görə, bizim ölkədəki xidmət haqqı bütün dünyada ən aşağı səviyyədədir:

“Qonşu Türkiyədə alqı-satqıda faizlər 5-7, bəzi hallarda 8 faizə kimi olur. İcarə xidmətləri isə 50 faizə qədər çatır. Düzdür, xidmət cəhətdən ola bilər ki, biz geridə qalırıq. Əmlakçılar hər hansı yüksək səviyyədə xidmət göstərmirlər, hüquqi dəstəyi dərindən etmirlər, sadə şəkildə edirlər. Onun müqabilində istədikləri xidmət haqqı o qədər də çox deyil.

Əslində, ölkədə rieltor xidmətləri, münasibətləri qanunla tam şəkildə tənzimlənmir. Qanunla tənzimlənmədiyi üçün bundan həm istehlakçı, həm rieltorlar əziyyət çəkir. Bazarda xaotik vəziyyət yaranır, aldatma halları baş alıb gedir. Bazarın da 90 faizi kölgə iqtisadiyyatına bağlı əməliyyatlardır.

Rieltorlar bu əməliyyatlara görə cavabdehlik daşımırlar. Aldıqları xidmət haqlarını isə qeyri-rəsmi şəkildə alırlar. Bunun da köklü şəkildə həll olunması yalnız rieltor peşəsi haqqında qanunun qəbul olunması ilə bağlıdır. Hansı ki, bu qanun layihəsi parlamentə 2012-ci ildə təklif olunub və 2015-2016-cı illərdə baxılıb”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

End of content

No more pages to load

RADİO