Dövlət qurumlarının informasiya sistemlərinə edilən kiberhücumların sayı açıqlandı – FOTO

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumlarının internet informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal mühitin qorunması üzrə mütəmadi kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin birinci rübü ərzində XRİTDX tərəfindən domen adlarının idarə olunması sahəsində qeydiyyata alınan domenlərin sayı 17, subdomenlərin sayı 123 təşkil etmiş, eyni zamanda 21 domen və 52 subdomen ləğv olunub ki, bu da "Gov.az" domen məkanının optimallaşdırılması və təhlükəsizlik risklərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

"AzStateNet" şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə URL əsaslı 41 289 866 təhlükəli keçid, zərərverici əsaslı (virus, casus proqram və digər zərərli fəaliyyət əlamətləri daşıyan) 3 786 317 trafik, eləcə də "Sandbox" mühafizə sistemi vasitəsilə 31 962 zərərverici tərkibli fayl blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb.

DDoS hücumlarına qarşı mühafizə çərçivəsində isə 7 013 863 hücum qeydə alınmış, nəticədə 12 523 934 684 zərərli paket bloklanmış və ümumilikdə 10 226 233 Mbit həcmində zərərli trafikin qarşısı alınıb", - deyə qeyd olunub.

Əlavə edilib ki, bununla yanaşı mərkəzləşdirilmiş antivirus həlli vasitəsilə son istifadəçi təhlükəsizliyi üzrə 1 048 869 təhdid bloklanaraq zərərsizləşdirilib ki, bu da çoxsəviyyəli və mərkəzləşdirilmiş müdafiə yanaşmasının effektivliyini göstərir:

"Dövlət qurumlarının informasiya sistemlərində XRİTDX tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin ilk üç ayı üzrə 274 kiberhücum göstəricisi (IOC - "Indicator of Compromise") müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Bu kibertəhdidlərin 213-ü daxili araşdırma, 61-i isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Kibertəhdid kəşfiyyatı xidmətlərindən istifadə etməklə 2026-cı ilin ilk rübü ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 6 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib. Eyni zamanda XRİTDX tərəfindən 60 fişinq təyinatlı veb-resurs bloklanıb və dövlət qurumlarının əməkdaşlarına məxsus 105 sızmış kimlik məlumatı aşkarlanaraq müvafiq tədbirlər görülüb.

XRİTDX tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 4 677 755 elektron məktub emal edilib ki, onlardan 3 258 110-u istifadəçilərə çatdırılıb, 1 419 645-i isə zərərli tərkibli olması səbəbindən bloklanıb.

Hesabat dövründə XRİTDX tərəfindən dövlət qurumlarına məxsus veb-saytların təhlükəsizlik səviyyəsinin yoxlanılması məqsədilə 194 audit və nüfuzetmə testi həyata keçirilib. Eyni zamanda dövlət qurumları üçün ayrılmış IP ünvan diapazonlarının xüsusi proqram təminatları vasitəsilə təhlükəsizlik boşluqlarına qarşı aparılmış periodik yoxlamalarının nəticələrinə əsasən 34 analitik hesabat hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və proaktiv tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir, eləcə də ölkənin kibertəhlükəsizlik ekosistemini gücləndirərək milli rəqəmsal dayanıqlığın artırılmasına, kritik informasiya infrastrukturunun qorunmasına və kibertəhdidlərə qarşı çevik cavab mexanizmlərinin formalaşdırılmasına mühüm töhfə verir".










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Oktyabr ayında pul cəlb edəcək 4 BÜRC

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Karlos Teves Türkiyə klubuna baş məşqçi GƏTİRİLİR?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

Qəzənfər Abdullayev vəzifəsindən AZAD EDİLDİ

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

ABŞ-da İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə İLK EDAM - FOTO

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Dünya çempionatı: Ömər Rəcəbli 1/8 finalda

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Pensiya və müavinətlər bu tarixdə ÖDƏNİLƏCƏK

Ov mövsümü başlayır – BU TARİXDƏN

Ov mövsümü başlayır – BU TARİXDƏN

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Avtomobil dağlıq yolda dərəyə yuvarlandı: ÖLƏN VAR – FOTO

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Gənc kişilər niyə ata olmaq istəmir? – Dəyişən və çökən ailə ANLAYIŞI

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Şəhidimizin adını daşıyan gəminin vurulma anı – VİDEO

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Dənizkənarı Bulvar İdarəsi işi: İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi?

Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Rosariolu bir oğlandan futbol kralına: Messi dövrünün sonu – VİDEO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Ülfət Qurbanovdan işdən çıxma səbəbi ilə bağlı iddialara REAKSİYA – FOTO

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

Pakistanda əməliyyat: 13 terrorçu məhv edildi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

İşlədiyi lombarddan 22 minlik oğurluq etdi

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İdmançımız növbəti mərhələyə vəsiqə qazandı

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Ceyhun Əhmədov vəzifəsindən AYRILDI

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərildi - FOTO

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

Məhkəmə ekspertizası ilə bağlı QAYDALAR dəyişir

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

9 ayda DSMF-nin xərcləri 561 milyon manat artıb

Bu şəxslər də vergiyə cəlb olunacaq

Bu şəxslər də vergiyə cəlb olunacaq

End of content

No more pages to load

RADİO