Şokolad sızanaq yaradır?

Şokoladın sızanaq yaratdığına dair iddialar tez-tez səsləndirilir.

Bəs bu nə dərəcədə doğrudur, yoxsa sadəcə valideynlərin şirniyyat istəyən uşaqlara dediyi bir bəhanədir?

Bizim.Media xəbər verir ki, türkiyəli dermatoloq Dr. Zeynəb Laftahın sözlərinə əsasən, klinikaya müraciət edən xəstələrin böyük əksəriyyəti sızanaqlarını azaltmaq üçün hansı qidaları rasiondan çıxarmalı olduqlarını soruşur. Şokolad isə ən çox maraq doğuran məhsullardan biridir.

Həkim qeyd edib ki, sızanaqların yaranmasında əsas rol genetik meyilliliyə məxsusdur. Bununla belə, bəzi qidalar orqanizmdə iltihabı artıraraq vəziyyəti ağırlaşdıra bilər. Xüsusilə süd məhsulları kimi bəzi qidaların bəzi insanlarda güclü reaksiya yaratdığı və bunun allergiya ilə bağlı ola biləcəyi vurğulanır.

Mövzu ilə bağlı aparılan araşdırmalar isə hələ də qəti nəticə ortaya qoymayıb. Məsələn, 2011-ci ildə keçirilən kiçik miqyaslı bir tədqiqatda 100% tünd şokoladın sızanaqları artırdığı müşahidə edilsə də, araşdırma cəmi 10 nəfər üzərində aparılıb və nəzarət qrupu olmayıb.
 

Sızanaqla qidalanma arasındakı əlaqə əsasən qidaların qlisemik indeksi ilə izah edilir. Yüksək qlisemik indeksə malik qidalar qanda şəkəri sürətlə artırır, bu isə insulin səviyyəsinin yüksəlməsinə, nəticədə iltihabın artmasına və dəri yağlanmasının çoxalmasına səbəb olur. Bu proses məsamələrin tıxanmasına və sızanaqların yaranmasına gətirib çıxarır.


Bununla belə, şokoladın qlisemik indeksi aşağıdan orta səviyyəyə qədər dəyişir. Lakin yüksək şəkər və yağ tərkibli şokoladların sızanağa təsir ehtimalı daha yüksək hesab olunur. Tünd şokolad isə nisbətən daha az şəkər ehtiva etdiyi üçün daha az riskli sayılır.

Bildirilir ki, sızanaqlarla mübarizədə qidalanma tək faktor deyil və hər bir insanın orqanizmi qidalara fərqli reaksiya verə bilər. Buna görə də problemin səbəbini müəyyən etmək üçün fərdi yanaşma vacibdir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Ukrayna Aİ-yə “yarımçıq üzvlük” təklifini RƏDD ETDİ

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Türkiyə öz “Starlink”ini yaradır – 198 peyk orbitə buraxılacaq - FOTO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Azərbaycana yük gətirən iranlı TIR sürücüləri geri qayıda bilmirlər - VİDEO

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

Gündə bir porsiya dondurma diabet riskini azalda bilər – ARAŞDIRMA

100 milyon təklif olundu, qəbul etmədi

100 milyon təklif olundu, qəbul etmədi

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Bakıda bəzi ərazilərdə torpaq və mənzillər BAHALAŞACAQ

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Gəncəyə üçüncü dəfə raket atılmasından 6 il ÖTÜR

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Putinin ad günündə Ukraynaya şəkli olan PUA atıldı - VİDEO

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Ronaldodan Messiyə VİDA ŞƏRHİ: “Sənin irsin əbədi qalacaq”

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

Tramp Ağ Evdə süni intellekt liderlərini TOPLAYIR

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

"Qadınlara gül almayın" - Niyamdan kişilərə

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Lavrov: “Ukrayna danışıqları məsələsində Rusiyanın vicdanı təmizdir”

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Bakının bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Klub qənaət üçün futbolçuların maaşını AZALDA BİLƏR

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

Səudiyyə Ərəbistanında hava limanlarına hücum oldu: 3 ölü, 36 yaralı var

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

142 nömrəli avtobusda təhlükəli anlar - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Evlilik vədi ilə 170 minlik qızıl oğurlandı - 4 nəfər saxlanıldı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bu yol təmirə bağlanır

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Messi üçün şou hazırladılar, azarkeşlər ETİRAZ ETDİ

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Kosmosda silahlanma təhlükəsinə qarşı MDB ölkələrindən MÜHÜM QƏRAR

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Azərbaycan və Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirildi - FOTO

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 18 yaşlı gənc BIÇAQLANDI

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Azərbaycan DÜNYA REYTİNQİNDƏ: 42 gün ödənişli istirahət

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

Rubio Avropanı “oyanmağa” ÇAĞIRDI

End of content

No more pages to load

RADİO