“Azərbaycan bu addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir”

“Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd edildiyi kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Azərbaycan dövləti ölkə əhalisinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib.

Sözügedən sənəddə yer alan beş prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Əsas çağırışlardan biri budur ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.

Təbii ki, hər bir çağırış ölkənin dayanıqlı inkişafının təmin edilməsinə, Azərbaycanın sosial dövlət kimi qazandığı imicə yeni əlavələrin olunmasına xidmət edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər dövrün çağırışlarının olması öz növbəsində idarəetmə sistemində təkmilləşməni, kadr hazırlığını və gənclərin dövlət idarəçiliyində irəli çəkilməsini bir zərurət kimi qarşıya qoyur.

Bu baxımdan Azərbaycanın islahatlar ölkəsi kimi nüfuz qazanması özündə mühüm məqamları ehtiva edir.

Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanda təkmil idarəetmə sisteminin mövcudluğu beynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrasını və bunun nəticəsində vətəndaş məmnunluğunun artırılmasını xüsusi qeyd etmək istərdik. Ölkəmizdə səfərdə olan bu və ya digər dövlətlərin rəsmilərinin keçirilən görüşlərdə, həmçinin imzalanan sənədlərdə

Azərbaycanın “ASAN xidmət” təcrübəsindən bəhrələnməyə xüsusi maraq göstərmələri bunu bir daha sübut edir. Dövlət idarəçilik sistemində yeniliklərdən bəhs edərkən ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını da xüsusi qeyd edə bilərik. Həmçinin hazırda azad edilmiş ərazilərimizdə müasir çağırışlara uyğun idarəetmə sisteminin yaradılması da Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Ümumiyyətlə, ölkəmizdə işin keyfiyyətinin artırılması, səmərəliliyin təmin edilməsi əsas prioritetlər sırasındadır.

Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq islahatlar prosesini uğurla davam etdirməsi beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını, ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirməsini şərtləndirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu islahatların davamı kimi dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsini və daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılmasını qeyd edə bilərik:

“Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal, şəffaf və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır.

Dövlət qulluqçularında əlavələrin ləğv edilməsi və bu əlavələrin onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsi əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Maliyyə intizamının gücləndirilməsi, şəffaflığın təmin edilməsi, hər bir məsələdə ictimai nəzarətin gücləndirilməsi dayanıqlı inkişafa hədəflənən addımlardandır. Mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsi, kollektiv və fərdi mükafatların ləğv edilərək yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturunun müəyyən olunması beynəlxalq təcrübəyə uyğundur.

Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi də bunun bariz nümunəsidir. Şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı mühüm dəyişikliklər bu gün ölkə mətbuatında geniş təhlil edilir:

“Azərbaycan atdığı bu kimi mühüm addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Son illərdə ölkəmizdə 5 sosial paketin icra olunması iqtisadi inkişafın təkmil sosial siyasətlə tamamlandığını təsdiqləyir. Sözügedən dəyişikliklər “Dövlət qulluğu haqqında” Qanunda öz əksini tapır.

Bu dəyişikliklər idarəetmədə etimadın möhkəmlənməsinə, əmək münasibətlərində ədalət prinsipinin təmin olunmasına, dövlət qulluqçularının fəaliyyətində nəticəyönümlü yanaşmanın güclənməsinə xidmət edir. Bu dəyişikliklər gənc kadrların dövlət xidmətinə cəlb edilməsinə stimul verəcək. Belə ki, dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşının əlavələrə görə aşağı olması gənc kadrların özəl sektora yönləndirirdi. Artıq dövlət qulluğu daha cəlbedici olacaq.

“Dövlət qulluğu haqqında” Qanunda əksini tapan dəyişikliklər yalnız sosial xarakter daşımır, eyni zamanda, dövlət idarəçiliyində səmərəliliyi və şəffaflığı artıracaq.

Qeyd etdiyimiz kimi, belə əməkhaqqı modeli dünya ölkələrinin təcrübəsində mövcuddur və müsbət nəticələrə yol açır. Azərbaycanın təcrübəsinə beynəlxalq aləmdə dəstək, eyni zamanda, bu və ya digər ölkələrdə təcrübədə təsdiqini tapan modelin ölkəmizdə tətbiqi müsbət addımdır. Təcrübə mübadiləsi daim inkişafa yol açan amillərdəndir”.

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Solovyov Rusiyada pulların bitdiyini açıqladı: "Bəndlərin tikintisi dayanıb, vəsait yoxdur"

Solovyov Rusiyada pulların bitdiyini açıqladı: "Bəndlərin tikintisi dayanıb, vəsait yoxdur"

BMT-nin icraçı direktoru İlham Əliyevə təşəkkür etdi

BMT-nin icraçı direktoru İlham Əliyevə təşəkkür etdi

Ukrayna ordusu Voronejdə hərbi zavodu vurdu - FOTO/VİDEO

Ukrayna ordusu Voronejdə hərbi zavodu vurdu - FOTO/VİDEO

İsveçrədə sülh, Yaxın Şərqdə SAVAŞ MESAJLARI – ABŞ-İran razılaşmasının GİZLİ DETALLARI ÜZƏ ÇIXDI

İsveçrədə sülh, Yaxın Şərqdə SAVAŞ MESAJLARI – ABŞ-İran razılaşmasının GİZLİ DETALLARI ÜZƏ ÇIXDI

Rusiyada YANACAQ BÖHRANI - Artıq təyyarələr üçün də benzin tapılmır

Rusiyada YANACAQ BÖHRANI - Artıq təyyarələr üçün də benzin tapılmır

Malikanədən qaçdı, ərəb milyarderin hesabına Fransada dincəldi - Endrünün yeni SƏRGÜZƏŞTLƏRİ

Malikanədən qaçdı, ərəb milyarderin hesabına Fransada dincəldi - Endrünün yeni SƏRGÜZƏŞTLƏRİ

Ələkbər Hüseynov vəfat etdi – FOTO

Ələkbər Hüseynov vəfat etdi – FOTO

Ermənistandan Moskvaya uçan təyyarə həyəcan SİQNALI verdi - Mahaçqalada eniş etdi – YENİLƏNİB

Ermənistandan Moskvaya uçan təyyarə həyəcan SİQNALI verdi - Mahaçqalada eniş etdi – YENİLƏNİB

“Yubileyini qeyd etməyi arzulayırdıq, tale başqa cür yazdı...”

“Yubileyini qeyd etməyi arzulayırdıq, tale başqa cür yazdı...”

Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

Rusiyada narazılıqlar artır: "Krımı itiririk, məlumatlar Putinə gedib çatmır”

Salyanda AĞIR QƏZA - Yaralılar var

Salyanda AĞIR QƏZA - Yaralılar var

Sabiq mer dünya çempionatında bu FOTOLARI ilə sosial şəbəkələri alt-üst etdi

Sabiq mer dünya çempionatında bu FOTOLARI ilə sosial şəbəkələri alt-üst etdi

İsveçrədəki ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR

İsveçrədəki ABŞ-İran danışıqları ilə bağlı YENİ DETALLAR

Bakıda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – ÖZƏL/VİDEO

Bakıda 330 kiloqram çəkisi olan kişi evdən belə çıxarıldı – ÖZƏL/VİDEO

SON DƏQİQƏ! Moskvada raket xəbərdarlığı edildi – FOTO

SON DƏQİQƏ! Moskvada raket xəbərdarlığı edildi – FOTO

Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

Direktor müəllimlərlə əlbir olub 71 min manat mənimsədi

Direktor müəllimlərlə əlbir olub 71 min manat mənimsədi

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi — FOTO

Kriminal aləmdə Rafo Rustavski kimi tanınan şəxs vəfat etdi — FOTO

Moskvanın bütün hava limanları BAĞLANDI - VİDEO

Moskvanın bütün hava limanları BAĞLANDI - VİDEO

Türkmənistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Türkmənistan Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi – FOTO

Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

Rayon qatarları artıq Dərnəgül stansiyasında da dayanacaq

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

Şəhid ailələrinə yararsız qurban əti göndərən vəzifəli şəxsə töhmət verildi

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

Şükürbəyli kəndinə növbəti köç yola salındı

Şükürbəyli kəndinə növbəti köç yola salındı

End of content

No more pages to load

RADİO