“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Astaranın Kotalan kəndində qayınanasını öldürməkdə ittiham olunan 22 yaşlı gəlinin məhkəmə araşdırması başa çatıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, iki azyaşlı uşaq anası Ruhanə İmanova ittihamı yüngülləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.
 

Məlum olub ki, ölümlə nəticələnən bu ağır cinayət hadisəsi müalicə məqsədilə dişə taxılan breketə görə baş verib. Gəlinin dişlərinə həmin cihazı taxdırması 55 yaşlı qayınanası Xalidə Manafovanın xoşuna gəlməyib. Bu mövzuda başlayan mübahisə nəticəsində Rufanə qayınanasını bir neçə dəfə bıçaqlayaraq qətlə yetirib.


Ruhanə məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. Amma bu cinayəti birdən-birə, səbəbsiz törətmədiyini iddia edib.

Gəlin qayınanası ilə bir evdə yaşadıqlarını hakimlərin qarşısında təsvir edib:

“4 ildir evliyəm, elə 4 ildir qayınanamla münasibətimiz pis olub. Bu söz-söhbətlərə görə dəfələrlə həyat yoldaşımla kirayə evə çıxmaq istəmişik. Amma imkan olmadığı üçün bu məsələ də alınmayıb. Həyat yoldaşım hər dəfə anasını yola verməyimi xahiş edirdi. Lakin artıq dözülməz idi. Təsəvvür edin, hamama girirdim, qayınanam mənə 5 dəqiqə vaxt verirdi. Rahat yemək yeməyə imkan vermirdi. Mənə gözəllik salonuna getməyə icazə vermirdi, hətta evdən çölə çıxmağıma qarşı idi.

Sonuncu dəfə də dişlərimə breket taxdırdığım üçün üstümə gəlməyə başladı. Ərim icazə versə də, qayınanam razı olmadı. Elə bu söhbət vaxtı üstümə hücum çəkdi, 8 aylıq qızıma qarşı nalayiq sözlər işlətdi. Ən çox da körpəmə qarşı təhqirləri məni əsəbiləşdirdi, onu bıçaqlamağa məcbur qaldım. Ancaq çox peşmanam. Ən əsası uşaqlarımın ana qayğısına ehtiyacı var. Nə yeyib-içdiklərini bilmirəm”.

İş materiallarında yazır ki, Ruhanə əvvəlcə qayınanasının ölümünü intihar kimi qələmə vermək istəyib.

Elə ərinə zəng edəndə də anasının özünü bıçaqladığını deyib. Amma polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şöbədə hər şeyi etiraf edib.

Məhkəmədə qətlə yetirilən qadının oğulları da ifadə verib. Ruhanənin əri şahid kimi ifadə versə də, qardaşı mərhumun hüquqi varisi qismində tanınıb. O, anasını öldürdüyü üçün qardaşı arvadının ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.

Təqsirləndirilən qadının əri ifadəsində Ruhanə ilə anasının mütəmadi olaraq mübahisə etdiklərini təsdiq edib. O da imkanları olmadığı üçün kirayə evə çıxa bilmədiklərini deyib. Hadisəyə gəlincə isə həyat yoldaşının dözümlü biri olduğunu, belə bir cinayət törətməsinə təəssüfləndiyini bildirib. O, övladlarından birinə özünün, digərinə isə qayınanasının baxdığını vurğulayıb.
 

Ruhanəyə sanksiya həddi 14 ildən 20 ilə kimi azadlıqdan məhrumetmə cəzası olan xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə ittiham verilmişdi. Amma Lənkəran Ağır Cinayətlər Məhkəməsi bu ittihamı düzgün hesab etməyib. Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndilən şəxs zərərçəkmişə çoxsaylı bıçaq zərbələri vurmasını qəddarlıq və müstəsna dərəcədə rəhmsizliyi ilə deyil, onun baxışında vurulan zərbələrin, zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olub.


Bu və digər əsaslarla xanım müttəhimin əməli qəsdən adam öldürmə maddəsinə tövsif edilib. İki azyaşlı uşaq anası olması və sosial ədalət prinsipləri nəzərə alınmaqla Ruhanəyə maddənin sanksiyasının aşağı həddi ilə 10 il həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO/VİDEO

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

End of content

No more pages to load

RADİO