Bu şəxslərin hərbi xidmət müddəti AZALDILIR

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılması təklif edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?


Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əks olunub.

Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilmişdir.

Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar.

Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər.
 

Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.


Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.

Bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO/VİDEO

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

End of content

No more pages to load

RADİO