Mərdəkan çimərliyindəki qətllə bağlı 4 nəfər MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid F.M. təqsirləndirilən şəxslərdən Samir Abbasovu tanıdığını bildirib:

"Leyla mənə yazdı, görüşüb birlikdə "28 may"a getdik. Leyla Samirlə sevgiliydi, aralarında küslük var idi, amma mən bunun səbəbini bilmirdim. Çatanda mən hər ikisindən aralanıb Samirlə Leylanı tək qoydum. Bir qədər sonra həmin yerə yaxınlaşanda Samir tək oturmuşdu, Leyla yox idi.
 

Samirdən Leylanın harada olduğunu soruşanda artıq onun getdiyini dedi. Təəccübləndim ki, Leyla məni necə qoyub gedib, axı biz birlikdə gəlmişdik, birlikdə də qayıtmalı idik. Ona nə qədər zəng etdim, açmadı. Təkidli zənglərimdən sonra nəhayət ki, telefonunu açdı və artıq getdiyini dedi. Leylaya olduğu yerdə, məni gözləməsini dedim. Görüşüb birlikdə getməyə başladıq. Bir qədər getmişdik ki, Samir qabağımıza çıxdı. Hər ikisi arasında möhkəm mübahisə başladı.


Samir söyüş söyə-söyə Leylanın saçından tutub sürüyürdü, Leyla da qışqırıb ağlayaraq onu buraxmasını deyirdi. Mən də Samiri tutmağa çalışıb yalvardım ki eləməsin. Elə bu zaman bir maşın gəldi. İçindən  neçə oğlan düşdü, xatırlamıram. Mən Leylanı götürüb oradan uzaqlaşdım. Ondan davanın səbəbini soruşanda, Leyla bədənindəki  göyərmələri mənə göstərdi. Biz sonradan ölüm hadisəsindən xəbər tutmuşuq".

Təqsirləndirilən Samir Abbasov şahidin ifadəsini qəbul etmədiyini, xəsarət və şiddətin olmadığını deyərək, Leyla ilə ancaq sözləşdiklərini bildirib.

Növbəti proses şahid ifadələrinin dinlənilməsi üçün aprelin 13-ü, saat 16:30-a təyin olunub.
Xatırladaq ki, 2025-ci il iyunun 18-də Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.

Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub, hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə  barələrində həbs olmayan qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

Barak Obamanın medal verdiyi kompüter alimi 90 yaşında vəfat etdi – FOTO

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

“Əsrin müqaviləsi”ndən C6-ya: Bakı Mərkəzi Asiyanın dünyaya açılan QAPISINA çevrilir

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Yusif Yusifov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Elektron növbələrdə yaranan problemin SƏBƏBİ AÇIQLANDI - RƏSMİ

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Telefon yeniyetməni ayı hücumundan son anda xilas etdi – FOTO

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Rusiya Ukrayna dronlarını vurmaq üçün yeni zenit raketi hazırlayır

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatını qazandı - FOTO

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

Təbriz mollasının saxta kimlik siyasəti: Güney azərbaycanlıları “İran türkü” adlandıranlara TARİX DƏRSİ

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

“Toyda müğənni oxuyanda hamının oynaması ölümdür”

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Maduronun həyat yoldaşı ABŞ həbsxanasında infarkt KEÇİRİB

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Ukrayna Moskvanı ballistik raketlərlə vurmağa hazırlaşır - Tarix AÇIQLANDI

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Tramp Putini ad günü münasibətilə təbrik etməyib - Peskov

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Türkiyənin bu sahədə investisiyaları 100 milyard dolları ötdü

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin ADLARI

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Dünya çempionatı: Murad Fətiyev 1/4 finalda

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

Hərbi vəzifəlilərlə təlim toplanışı başladı – FOTO

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

Rusiya ordusu Kramatorskda sərnişin avtobusuna zərbə endirdi: 30 ölü, 18 yaralı var – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO/VİDEO

İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü – FOTO/VİDEO

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı ARTIB

End of content

No more pages to load

RADİO