SON DƏQİQƏ! Dövlət Vergi Xidməti ANC GROUP-da yoxlamaya başladı

Son günlər yerli mətbuatda “Rahat”, “Grandmart”, “Bolmart”,  “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələrinin külli miqdarda vergi borcu yaranması ilə bağlı xəbərlər yayılmşdı.

Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidməti artıq 2 gündür sözügedən şəbəkələri idarə edən “ANC Group” MMC-də yoxlamalara başlayıb. 
 

Məlumata görə vergi yoxlamaları nəticəsində adıçəkilən şirkətın böyük miqdarda vergidən yayınması faktları aşkar olunub. Bununla yanaşı şirkətin təchizatçılara da on milyonlarla vəsaitin ödəmədiyi üzə çıxıb. 


Araşdırmamız nəticəsində məlum olub ki, “Rahat”, “Grandmart”, “Bolmart”,  “Port bazar”, “Baqqal” və “Pribaltika məhsulları” kimi marketlər şəbəkələri “ABDA Retail İnvestment Holding LTD”-yə və “Pro-Mart” MMC-yə aiddir. Holdinqin 50 faizi Adnan Əhmədzadəyə, digər 50 faizi isə Anar Əlizadəyə məxsusdur. 

“ABDA Retail İnvestment Holding LTD”-i isə “ANC Group” MMC tərəfindən idarə olunur. MMC-nin 45  faiz səhminə Adnan Əhmədzadə, 45 faizinə Anar Əlizadə, 10 faizinə isə Cəlal Babakişiyev sahibdir.

Onu da qeyd edək ki, “ANC Group” MMC-nin 10 mindən çox əməkdaşı var və onlar bir neçə aydır əmək haqlarının almasında problemlərin olması ilə bağlı çoxsaylı şikayətlər ediblər.

MMC-nin dəfələrlə gömrük qaydalarını pozduğuna görə cərimə olunduğu da yerli mətbuatda dərc olunub.

Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə "Pro-Mart" MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.

Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.
 

Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və "Pro-Mart" MMC barəsində inzibati icraat açılıb.


Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi. Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

Şəkidə AĞIR QƏZA: Sürücü həyatını itirdi

"Kim belə fikir çatdırırsa, yalandır"

"Kim belə fikir çatdırırsa, yalandır"

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Prezidentin Türkmənistana işgüzar səfəri ilə bağlı VİDEOÇARX

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

Səkkiz ölkə ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalarına ETİRAZ ETDİ

End of content

No more pages to load

RADİO