Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlığa qarşı yönəlmiş məqsədli informasiya kampaniyasının aparıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Mərkəzin bəyanatında bir sıra beynəlxalq KİV-lərdə və sosial şəbəkələrdə iki ölkə arasındakı münasibətlərə qarşı qəsdən hazırlanmış materialların aşkarlandığı bildirilib.
Qeyd olunub ki, kampaniyanın əsas məqsədi dost ölkələr arasındakı əlaqələri zəiflətmək, eləcə də regionda sülh və sabitliyi pozmaqdır.
Mərkəzdən vurğulanıb ki, iki ölkənin strateji tərəfdaşlığına, birgə addımlarına və əməkdaşlığına qarşı manipulyativ bəyanatlarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq.

Bizim.Media