Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məlumat yayıb.
Məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 7 mindən artıq sakinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunda tikinti işləri davam edir.
Yolun 2,3 km hissədə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə torpaq işləri və yol əsasının tikintisi aparılır.
Həmçinin 9 nöqtədə suötürücü borular quraşdırılır. Layihənin tamamlanması ilə sakinlərin gediş-gəlişi rahatlaşacaq, nəqliyyat əlaqələri və hərəkət təhlükəsizliyi yaxşılaşacaq.
Bizim.Media