Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Tormanın rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-da - FOTO

Fevralın 16-da Macarıstan Respublikasının nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında mövcud əməkdaşlıq imkanları, elmi-tədqiqat əlaqələrinin genişləndirilməsi və yeni ortaq təşəbbüslərin reallaşdırılması məsələləri müzakirə edilib.
 

Nümayəndə heyətinə Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma rəhbərlik edib. Heyətin tərkibində Macarıstanın Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni, Pannoniya Universiteti Fondunun Müşahidə Şurasının sədri Zoltan Birkner, Macarıstan Səfirliyinin Təhsil və Mədəniyyət üzrə diplomatı Monika Felföldi, eləcə də Macarıstanın “MVM Upstream Private Limited Company” şirkətinin Azərbaycan filialının baş icraçı direktoru Yojef Qoldfarb yer alıblar.


ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla qonaqlar arasında keçirilən görüşdə ADNSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elviz İsmayılov və struktur bölmə rəhbərləri də iştirak ediblər.

Görüş zamanı rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, tədris imkanları, elmi fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. O, ADNSU ilə Macarıstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və universitetin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirib.

Səfir Tamaş Yojef Torma Azərbaycan və Macarıstan arasında mövcud dostluq münasibətlərindən bəhs edib, iqtisadi və diplomatik əlaqələrin inkişafı ilə yanaşı, elm, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Pannoniya Universitetinin rektoru, professor Yanoş Aboni isə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı əməkdaşlıq üçün perspektivli istiqamətləri diqqətə çatdırıb.
 

Görüşdə birgə elmi-tədqiqat layihələrinin hazırlanması, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, ortaq elmi rəhbərlik əsasında gənc tədqiqatçıların hazırlanması, innovasiya və texnologiya transferi sahəsində əməkdaşlıq, həmçinin ikili diplom proqramlarının yaradılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, qarşılıqlı akademik əlaqələrin dərinləşdirilməsi və hər iki universitet üçün faydalı olacaq yeni təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Nümayəndə heyəti səfər çərçivəsində ADNSU-da Tarix Muzeyi, Kibertəhlükəsizlik laboratoriyası, kompüter otaqları və UFAZ laboratoriyaları ilə tanış olublar, universitetin tədqiqat infrastrukturu və innovasiya imkanlarını yüksək qiymətləndiriblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

End of content

No more pages to load

RADİO