Klinikadan klinikaya uzanan QALMAQAL - Nigar Məhəmmədovanın adı yenə ÖLÜM işində? – ARAŞDIRMA

Bakıda daha bir qadın estetik əməliyyatın qurbanı olub.  Hadisə fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən “Medi Hall” hospitalda baş verib. Bədən şəkilləndirmə əməliyyatı etdirən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti əməliyyatdan sonra kəskin pisləşib. Tibbi müdaxiləyə baxmayaraq o, fevralın 13-də vəfat edib.

Bizim.Media olayla bağlı araşdırma aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın VƏFAT ETDİ


Məlum olub ki, “Medi Hall” hospitalın baş həkimi əvvəllər də uğursuz estetik əməliyyat iddialarında adı hallanan Nigar Məhəmmədovadır. O Nigar Məhəmmədova ki, əvvəlcə “MedAura” klinikasında plastik əməliyyatlar həyata keçirib və bu fəaliyyətlə bağlı pasiyentlərin kifayət qədər şikayətləri ortaya çıxıb.

Belə ki, 2025-ci il yanvarın 14-də “MedAura” klinikasında özünü plastik cərrahiyə üzrə mütəxəssis kimi təqdim edən Nigar Məhəmmədova Fərizə Hacıyeva adlı vətəndaşı bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Amma hadisədən sonra Nigar Məhəmmədovanın artıq  “MedAura” klinikasında çalışmadığı bildirilib.

Araşdırma nəticəsində o da məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədovanın  bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb. Daha bir neçə pasientdə də ciddi estetik və sağlamlıq problemləri yaranıb. 

Bundan başqa, iddialara görə, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.
 

Digər iddialara görə 18 dekabr 2024-cü ildə özü ixtisasca həkim olan pasiyent "MedAura" klinikasının baş həkimi, Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyib. Nəticədə onun burnu atrofiya olub, əyilib, toxumada nekrotik hal yaranıb.


Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib ki, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur.

Belə çıxır ki, çoxsaylı pasiyenti şikəst edən və ölümünə səbəb olan Nigar Məhəmmədova iş başındadır. Xeyli müddət “MedAura” klinikasında baş həkim kimi fəaliyyət göstərən Nigar Məhəmmədovanın Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi fəaliyyət göstərdiyi, daha sonra isə “Medi Hall”ın baş həkimi kimi çalışdığı aydın olur. 

Araşdırmalarımızdan bəlli oldu ki, Nigar Məhəmmədovanın  növbəti qurbanı “Medi Hall” hospitalında bədən şəkilləndirmə əməliyyatı etdirən 1983-cü il təvəllüdlü Nigar İsmayılovadır...

Məsələ ilə bağlı əvvəlcə “Medi Hall” hospotalla əlaqə saxladıq. Tibb müəssisəsindən bizi baş həkimlə əlaqələndiriləcəyi bildirilsə də, sonradan zənglərimizə cavab verən olmayıb. 

Daha sonra Nigar Məhəmmədova ilə əlaqə yaratmağa çalışdıq. Assisenti Bizim.Media-ya açıqlamasında Nigar Məhəmmədovanın “Medi Hall” hospitalın baş həkimi olduğunu təsdiqləsə də, bizi onunla əlaqələndirməyib. 

Qeyd edək ki, Baş Prokurorluq “Medi Hall” hospitalında baş verən ölümlə bağlı araşdırma aparır. 

Bu hadisə bir daha göstərir ki, estetik cərrahiyyə sahəsində nəzarət mexanizmləri ürəkaçan deyil. Dəfələrlə adı uğursuz əməliyyatlarda hallanan, ölümə səbəb olan və kifayət qədər pasiyent şikayətləri olan nə Nigar Məhəmmədova, nə də onun çalışdığı klinikalar barədə hüquqi addım atılıb...

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO