FHN-in ehtiyatda olan general və mayoruna hökm oxundu

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ramil Nağıyev və onun qohumu Maqsud Tahirovun (hər ikisinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığı üçün onlara həmin maddə üzrə bəraət verilib.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

İttiham aktına əsasən, Ramil Nağıyev kolbasa sexi olan şirkətlərdən birində payçı kimi tanıdığı qadından qeyri-rəsmi qaydada səhmlərin müəyyən hissəsini satın aldıqdan sonra həmin müəssisənin digər payçısı, zərərçəkmiş Elnur Əsədovla (soyadı şərtidir) aralarında kommersiya mübahisəsi yaranıb. Tərəflər arasında bir müddət davam edən mübahisələr əsasən sözlü qarşıdurmalarla müşayiət olunub.
 

Materiallarda qeyd olunur ki, növbəti mübahisə zamanı Ramil Nağıyev qarşı tərəfə zor tətbiq etmək qərarına gəlib. O, özünü qarşı tərəfdən üstün tutaraq istənilən məsələni zor gücünə həll edə biləcəyini nümayiş etdirmək məqsədilə əvvəlcə mobil telefon vasitəsilə zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.


İttihama görə, 24 mart 2023-cü il tarixdə gecə saat 02 radələrində Ramil Nağıyev qohumu Maqsud Tahirov və tanışı S.S. (adı, soyadı şərtidir) ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətinə gəlib. Orada əvvəlcə Elnur Əsədov, daha sonra isə onun övladları, zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) və F.F. (adı, soyadı şərtidir) mübahisə yerinə çıxıblar.

Hadisə zamanı Ramil Nağıyev zərərçəkmiş və ailə üzvlərinin ünvanına yüksək səslə nalayiq ifadələr işlədib. Gecə vaxtı ətrafdakı hündürmərtəbəli binaların sakinləri tərəfindən sakitliyin qorunması ilə bağlı edilən çağırışlara məhəl qoymayaraq, vətəndaşların gecə istirahətini nümayişkaranə şəkildə pozub.

Daha sonra Ramil Nağıyev Elnurun üzərinə hücum edərək döş qəfəsi və burun nahiyələrinə bərk küt əşya (əl, ayaq və s.) ilə zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxsə döş qəfəsinin qançırı və burun nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirilib.

İttihamda göstərilir ki, hadisə yerinə sonradan gəlmiş qohumu Maqsud ilə birlikdə onlar cinayətkar hərəkətlərini qarşılıqlı şəkildə uzlaşdıraraq bir qrup şəxs halında hərəkət ediblər.

Maqsud da mübahisəyə aktiv qoşularaq Elnurun baldır nahiyəsinə zərbə endirib və nəticədə sağ baldır nahiyəsində qançır yaranıb. Həmçinin, Elnurun oğlu, zərərçəkmiş D.D.-nin bazu nahiyəsinə vurulan zərbə nəticəsində sağ bazu oynağı nahiyəsində qançır əmələ gəlib. Bu xəsarətlər də sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib.

Beləliklə, istintaq orqanı hesab edir ki, Ramil Nağıyev bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər törədib.
 

Məhkəmə iclasında Ramil Nağıyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib və hadisənin baş vermə şəraiti ilə bağlı ətraflı ifadə verib.


Onun sözlərinə görə, 1998–2009-cu illərdə gömrük orqanlarında, 2009–2020-ci illərdə isə fövqəladə hallar orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Sonuncu vəzifəsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları komandirinin birinci müavini olub. 2020-ci ilin dekabr ayında könüllü şəkildə ehtiyata buraxıldığını qeyd edən təqsirləndirilən şəxs 2016-cı ildən “MS” – multiskleroz xəstəliyindən əziyyət çəkdiyini bildirib. O, həmçinin 2015-ci ilin dekabrında ölkə başçısının sərəncamı ilə “general-mayor” hərbi rütbəsi aldığını və həmin rütbədən məhrum edilmədiyini vurğulayıb.

İfadəsində göstərib ki, 2019-cu ilin sonlarında Bakı şəhər sakini olan qadınla – H.H. (adı, soyadı şərtidir) ortaq tanışları vasitəsilə əlaqə qurub. 2020-ci ilin noyabrında H.H.-nin payçısı olduğu kolbasa istehsalı sexinin satışa çıxarılması barədə məlumat alıb. Bundan sonra Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Neşvə” restoranında keçirilən görüşdə müəssisənin 40 faiz səhmini 2 milyon 400 min manat müqabilində almaq barədə razılıq əldə olunub. O, bildirib ki, müəssisənin digər 20 faiz səhmi zərərçəkmiş Elnur Əsədova məxsus olub və həmin vaxta qədər həmin şəxslə heç bir tanışlığı və ünsiyyəti olmayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, səhmlərin alqı-satqısı faktiki olaraq onun tərəfindən həyata keçirilsə də, müqavilə bacanağının adına rəsmiləşdirilib və sonuncu müəssisədə nümayəndə kimi fəaliyyət göstərməyə başlayıb.

Təxminən üç ay sonra Elnurla şəxsən tanış olub. Həmin vaxt zərərçəkmiş şəxs müəssisədə direktor vəzifəsində çalışıb.

Ramil Nağıyev qeyd edib ki, müəssisə təxminən iki il fəaliyyət göstərsə də, gəlir əldə olunmayıb. Bu səbəbdən 2022-ci ildə H.H.nin təşəbbüsü ilə audit yoxlaması aparılması qərara alınıb. Lakin auditor tərəfindən tələb edilən sənədlərin təqdim edilmədiyi, müəssisənin bazasında olan məlumatların silindiyi iddia olunub. Bundan bir müddət sonra Elnur Əsədov direktor vəzifəsindən azad edilib. Həmin dövrdən etibarən tərəflər arasında münasibətlərin daha da kəskinləşdiyi bildirilib.

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, 2022-ci ilin sonlarından 2023-cü ilin mart ayınadək tərəflər arasında telefon danışıqları və yazışmalar zamanı qarşılıqlı təhqir və mübahisələr davam edib.

Hadisə günü – 24 mart 2023-cü il tarixdə, gecə saat 01:30 radələrində onun mobil telefonunun “WhatsApp” tətbiqi vasitəsilə zərərçəkmiş şəxs tərəfindən zəng edildiyi bildirilib. Telefon danışığı zamanı tərəflər arasında yenidən mübahisə yaranıb və qarşılıqlı qeyri-etik ifadələr işlədilib. Elnur onu Xırdalan şəhərinə çağırıb. O da sürücüsü ilə birlikdə həmin ünvana yollandığını bildirib.
 

İfadəyə görə, yol boyu yazışmalar və zənglər davam edib. Xırdalan şəhərində əvvəlcədən razılaşdırılmış əraziyə çatdıqdan sonra avtomobildən düşərək binanın həyətinə daxil olub. Orada tərəflər mobil telefonları kənara qoyaraq söhbət etməyə razılaşıblar.


Təqsirləndirilən şəxs bildirib ki, söhbət zamanı zərərçəkmiş şəxs onu müəssisə ilə bağlı məsələlərdə günahlandırıb və təhqiramiz ifadələr işlədib. Onun sözlərinə görə, ilk fiziki təması Elnur edib – sol ayağına təpik vurub və sinəsindən itələyərək yerə yıxıb. Daha sonra aralarında əlbəyaxa dava baş verib və hər iki tərəf fiziki güc tətbiq edib.

Ramil Nağıyev həmçinin qeyd edib ki, hadisə zamanı heç bir silah və ya predmetdən istifadə etməyib, “Makarov” tipli silahı olmayıb və kiməsə zor tətbiq edilməsi barədə göstəriş verməyib. Digər şəxslərin isə tərəfləri ayırmaq məqsədilə müdaxilə etdiyini bildirib.

Təqsirləndirilən şəxs vurğulayıb ki, hadisə uzun müddətdir davam edən kommersiya mübahisəsinin və qarşılıqlı gərginliyin nəticəsi olub.

Mübahisə yalnız tərəflər arasında baş verib, ətrafda kənar şəxslər olmayıb və ictimai qaydanın kobud şəkildə pozulması halı baş verməyib.

Məhkəmədə Maqsud Tahirov ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərib ki, 2014-cü ildən FHN-in Xidmətin təşkili və peşə hazırlığı şöbəsində böyük mühəndis inspektor vəzifəsində çalışır, daxili xidmət mayorudur, hərbi qulluqçu statusunda olmayıb. Zərərçəkmiş şəxsləri isə ümumiyyətlə hadisə baş verən günə qədər tanımayıb, sonuncularla hər hansı münasibəti və ünsiyyəti olmayıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

ABŞ məhkəməsi Epşteynin ehtimal olunan vida məktubunu açıqladı - FOTO

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Sarayda avtomobil PARTLADI: Xəsarət alan var

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı AÇIQLANDI

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

Himayədarlar dəyişir, müstəqillik xəyal olaraq qalır - Ermənistan üçün Ukrayna SSENARİSİ

“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

“Məni narkomanlarla evdə tək qoyurdular” - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Milyarder Con Polson keçmiş xanımı ilə bahalı boşanma savaşını bitirdi

Hərbçilərimiz Türkiyədə təlimdə - FOTO/VİDEO

Hərbçilərimiz Türkiyədə təlimdə - FOTO/VİDEO

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Füzulidə tüstüdən zəhərlənən kişi öldü

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

Biləsuvarda gənc oğlan kürəyindən BIÇAQLANDI - Vəziyyəti necədir?

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Onlar da “Uzak Şehir”ə vida edəcək – FOTO

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

Sosial şəbəkədə əxlaqsız ifadələr işlədən Sabirabad sakini CƏZALANDIRILDI

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

“At kimi qaçan qız”dan yeni xəbər varmı? – VİDEO

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Məşhur aktrisanın varlı kişilərlə bağlı sözləri GÜNDƏM OLDU

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Balakən kanat yolunun inşasına başlanıldı - RƏSMİ - VİDEO

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Bakıda 1 aylıq körpə xəstəxanada vəfat etdi

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

Mülki sığorta üzrə ödəmələrdə ENİŞ – Qəzaların sayı azalıb, yoxsa...

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

İsmayıllıda 43 yaşlı kişi İTKİN DÜŞDÜ - FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Tanınmış həkim vəfat etdi – FOTO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Azərbaycanlı müğənni hovuzdan görüntüsünü yaydı - VİDEO

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – 9, 10, 11 may tarixlərində...

Dəmir yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ – 9, 10, 11 may tarixlərində...

Yaşı 50-dən yuxarı olanlar üçün MÜHÜM XƏBƏR

Yaşı 50-dən yuxarı olanlar üçün MÜHÜM XƏBƏR

Mayın 9-da Moskvada mobil internet OLMAYACAQ

Mayın 9-da Moskvada mobil internet OLMAYACAQ

Riçard Gir Bakıda keçiriləcək WUF13-ə DƏSTƏK VERDİ

Riçard Gir Bakıda keçiriləcək WUF13-ə DƏSTƏK VERDİ

End of content

No more pages to load

RADİO