"Sülh körpüsü" konfransının yekunlarına dair BƏYANAT

“Sülh Körpüsü” Təşəbbüsünün 13-14 fevral tarixlərində keçirilən Ermənistan-Azərbaycan konfransının yekunlarına dair mətbuat açıqlaması yayılıb.

Bizim.Media xəbər verir ki, bəyanatı “Armenian Council” yayıb.

Qeyd edilib ki, 13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzor şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti, ekspert icması və media nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən daha geniş iştirakçı dairəsi təmsil olunmuş, inklüziv
və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

“Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub.

Bu keçid iştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətində mühüm praktik addım və iki ölkə arasında normallaşma prosesinin mərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimi qiymətləndirilib.

Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin cari mərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci il tarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyinin icrasına və bunun region üçün nəticələrinə həsr olunub.

İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülh prosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikir mübadiləsi aparıblar.

Ayrı bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr edilib.

Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib.

Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlı məsələlər də geniş müzakirə olunmuş, hər iki tərəfin baxışları və gözləntiləri təqdim edilmişdir.

Rəsmi sessiyalarla yanaşı təşkil olunan qeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası əlaqələrin inkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimai təşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikir mübadiləsi üçün imkan yaradıb.

Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başa çatmışdır.

Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhəd hissəsindən geri qayıdıb, bu da etimadın möhkəmləndirilməsi istiqamətində növbəti praktik addım olub.

İştirakçılar bir daha təsdiq ediblər ki, “Sülh Körpüsü” formatında müntəzəm əməkdaşlıq qarşılıqlı etimadın gücləndirilməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli normallaşmasına əhəmiyyətli töhfə verə bilər”,- bəyanatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO