Əlinizi nəyə toxundursanız “tok vurur”? – Səbəbi BƏLLİ OLDU

Son zamanlar insanlar elektriklənmə halları ilə daha sıx rastlaşırlar. Əllərini nəyə vururlarsa tokvurmadan diksinirlər. Vətəndaşlar etiraf edirlər ki, qapı dəstəklərini yalın əllə deyil, əlcək və ya salfetlə açırlar ki, elektriklənmə baş verməsin. Bu vəziyyət, sintetik geyimlərin istifadəsi ilə əlaqələndirilsə də, pambıq geyənlər də bənzər problemlərlə qarşılaşdığını deyirlər.

Bəs onda bu elektriklənmənin əsl səbəbi nədir?

Mütəxəssislər bildirirlər ki, xüsusilə quru hava şəraitində, qış aylarında elektrik yüklənmənin toplanıb yığılması daha çox olur. Rütubət azaldıqca, yüklərin birləşməsi və daşınmasını çətinləşdirir, nəticədə elektriklənmə yaranır. Əsasən sintetik materiallar çox asanlıqla elektrik yığır və bunu daha da artırır. Amma pambıq da tam təsirsiz deyil. Həm pambıq, həm də digər təbii materiallar, xüsusən yun parçalar yüklənmə yığır.
 

Mütəxəssislərin fikrincə, rütubətliliyin az olduğu havalarda telefon və digər texnoloji cihazlarla çox vaxt keçirmək problem daha da artırır. İşin qəribə tərəfi də budur ki, metal əşyalara toxunmaqdan ehtiyat edənlər, tam tərsi, toxunmaqla elektrik yükları boşaltmalıdırlar. Amma məsələ ilə bağlı iddialar da var ki, son dövrlərdə elektriklənmənin əvvəlki illərlə müqayisədə daha çox olmasının səbəbi 5G texnologiyasıdır. 5G əvvəlkilərdən daha yüksək tezlikli dalğalarda çalışır.


Yüksək tezlikli dalğalar uzaq məsafələrə yayıla bilmir, ona görə də 5G şəbəkəsinin antennaları bir-birinə yaxın məsafədə – təqribən 150-200 metr, maksimum 500 metr məsafədə yerləşməlidir. Bu əlbəttə ki, radio şüalanmanın həcmcə da böyük olduğunu göstərir. Bu şüalanmanın da digər mənfi təsirlərlə yanaşı, elektriklənməyə də səbəb olması mümkündür.

Həkim-radioloq Kamran Əliyev Bizim.Media-ya məsələ ilə bağlı belə açıqladı ki, şüalanmanın insan orqanizminə mənfi təsiri qaçılmazdır. Amma bu, 5G şüalanmasının insan orqanizmi üçün təhlükəli olması anlamına gəlmir, sözügedən iddialar sübut edilməyib.

“Səhiyyə sahəsində çalışan ekspert qrupları və ictimai təşkilatlar, o cümlədən Dünya Səhiyyə Təşkilatı mövcud məsələni diqqətlə öyrəniblər və bu nəticəyə gəliblər ki, 5G baza stansiyalarının şüalandırdığı dalğaların sağlamlığa zərəri yoxdur.
 

Bu yeni texnologiya bazaları qurulmazdan qabaq Almaniyada aparılan araşdırmada iki müxtəlif dəri hüceyrəsi növü 5G elektromaqnit dalğalarına 48 saat ərzində məruz qoyulub. Nəticələr göstərib ki, bu dalğalar hüceyrə quruluşunda pozuntu və ya zədələnmə yaratmayıb.


Təbii ki, yaşayış məntəqələrinin və mağazaların sıx yerləşdiyi yerlərdə elektromaqnit mühit yaranır, bu, həssas orqanizmli insanlarda özünü büruzə verə bilər. Amma 5G texnologiyasının istifadə etdiyi millimetrlik dalğalar bədən daxilinə nüfuz etmir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO