Gənclər arasında saç tökülməsi halları niyə çoxalır? - SƏBƏB

Son illər gənclər arasında saç tökülməsi hallarında artım müşahidə olunur. Əvvəl daha çox orta və yuxarı yaş qrupunda rast gəlinən bu problem artıq 18-30 yaş aralığında da geniş yayılıb.

Bizim.Media xəbər verir ki,dermatoloqların sözlərinə görə, saç tökülməsinin əsas səbəblərindən biri stress faktorudur.

İmtahan gərginliyi, işsizlik, karyera təzyiqi və sosial şəbəkələrin yaratdığı psixoloji yük orqanizmdə hormonal balansı poza bilər. Bu isə saç follikullarının zəifləməsinə gətirib çıxarır.

Digər mühüm amil düzgün qidalanmamaqdır. "Fast-food" üstünlük təşkil edən rasion, dəmir, sink, D vitamini və zülal çatışmazlığı saçın strukturuna mənfi təsir göstərir. Həkimlər xüsusilə gənc qızlar arasında dəmir defisitinin geniş yayıldığını vurğulayırlar.

Mütəxəssislər bildirirlər ki, genetik faktor da önəmli rol oynayır. Ailəsində erkən yaşda saç tökülməsi müşahidə olunan şəxslərdə bu risk daha yüksəkdir. Kişilərdə androgenetik alopesiya halları son illər daha erkən yaşlarda özünü göstərməyə başlayıb.

Bundan əlavə, tez-tez saç boyamaq, fen və düzləşdiricilərdən intensiv istifadə, keyfiyyətsiz kosmetik vasitələr də saç köklərinə zərər verir. Bəzi hallarda isə qalxanabənzər vəz problemləri və hormonal pozuntular saç tökülməsinin əsas səbəbi ola bilər.

Həkimlər xəbərdarlıq edirlər ki, gündə 50-100 tel saç tökülməsi normal hesab olunur. Lakin tökülmə normanı aşırsa, saçda seyrəkləşmə və ya keçəlləşmə sahələri yaranırsa, mütləq dermatoloqa müraciət etmək lazımdır.

Mütəxəssislər balanslı qidalanma, stressin idarə olunması, vitamin-mineral səviyyəsinin yoxlanılması və düzgün saç baxımı ilə problemin qarşısını almağın mümkün olduğunu bildirirlər. Erkən diaqnostika isə daha effektiv müalicəyə imkan yaradır. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO