Rəşad Əliyevin öldüyü hadisə ilə bağlı - Yeni fakt - Foto

Fevralın 12-nə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub.

Belə ki, kombi aparatının yanmış dəm qazının çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub.

Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. R.Əliyev hadisə yerində vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.

R.Əliyev son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib. Belə ki, Rəşad Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.
 

O, daha sonra bizneslə məşğul olmağa başlayıb. “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə “IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.


Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. “Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur. Rəşad Əliyevin anası Roza Əliyeva Dövlət İdarəçilik Akademiyasının dosentidir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

End of content

No more pages to load

RADİO