Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi DƏYİŞDİ

Naxçıvan Muxtar Respublikasında (MR) balıqçılıq və akvakultura sahələrinin inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əsasnaməsinə dəyişiklik edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan MR-in Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Dəyişikliklərə əsasən, əsasnaməyə balıqçılıq və akvakultura sahəsində idarəetmə və nəzarət mexanizmlərini genişləndirən yeni yarımbəndlər əlavə edilib. Belə ki, nazirlik bundan sonra şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılmasına razılıq verəcək və torpaqların kateqoriyalar üzrə dəyişdirilməsinə rəy bildirəcək.
 

Eyni zamanda KTN balıqçılıq subyektlərinin uçotunu aparacaq, qanunvericiliyin pozulması hallarında qiymətli balıq növləri üçün üstün mühafizə rejimi müəyyən edəcək, həmçinin daxili sularda su bioresurslarının istismar həcmini və elmi əsaslandırılmış rejimini müəyyənləşdirəcək.


Bundan başqa, dövlət qurumu akvakultura əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görəcək, ixtisaslaşmış balıq bazarlarının yerləşmə sxemini aidiyyəti qurumlarla razılaşdıracaq, dövlət sifarişi əsasında akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası və iqlimləşdirilməsi ilə bağlı müqavilələr bağlayacaq.

Nazirlik həmçinin balıqçılıq su obyektlərinin monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirəcək, qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görəcək, akvakultura subyektləri üçün bioloji və texnoloji əsaslandırmanı qeydiyyata alacaq və müvafiq şəhadətnamə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

End of content

No more pages to load

RADİO