Sovet dövrünün Gəncə əfsanəsi: “Dirilən heykəl”in SİRRİ

Tarixçi alim, professor Zaur Əliyev Sovet dövründə Gəncə şəhərində baş verdiyi iddia olunan və uzun illər ictimai müzakirə mövzusu kimi qalan “dirilən heykəl” hadisəsi ilə bağlı araşdırmasını təqdim edib.

Bizim.Media xəbər verir ki, professorun yazdığına görə, 1970-ci illərdə o vaxtkı Kirovabad (indiki Gəncə) şəhərində “Kirovabad anomaliyası” adı ilə müxtəlif materiallar dərc olunub. 

“Kirovabad fəhləsi” qəzetində, eləcə də “RUFORS” və “Aenigma” layihələri çərçivəsində hazırlanan hesabatlarda bu hadisəyə toxunulub. Vadim Çernobrovun arxivlərində isə “Кировабадский движущийся идол” adlı məqalənin olduğu bildirilir. Həmçinin 1970–80-ci illərdə nəşr olunan “Elm və Həyat” jurnalında pirlər və inanc yerləri haqqında materiallarla yanaşı, Gəncədə baş verdiyi iddia olunan hadisə barədə yazılar yer alıb.

Məlumata görə, Gəncənin qədim hissəsində yerləşən qəbiristanlıqlardan birində, bəzi mənbələrdə isə İmamzadə kompleksi yaxınlığındakı köhnə məzarlıqda insan formalı, təxminən 1–1,2 metr hündürlüyündə daş heykəlin gecələr yerini dəyişməsi barədə iddialar yayılıb. Sakinlərin səhər saatlarında heykəlin əvvəlki mövqedən bir neçə santimetr, bəzən isə daha artıq məsafədə olduğunu müşahidə etdikləri bildirilir.

Bu isə əhali arasında heykəlin “canlı” olması və ya fövqəltəbii gücə sahib olması barədə inancların formalaşmasına səbəb olub.

Hadisənin yayılması ilə insanlar həmin əraziyə axışmağa, daşı ziyarət etməyə, nəzir qoymağa və dini ayinlər icra etməyə başlayıblar. Ateizmin dövlət ideologiyası olduğu Sovet dövründə isə belə halların qarşısının alınması üçün tədbirlər görülüb. 1970-ci illərin sonlarında hadisənin kütləvi xarakter alması səbəbindən Gəncə Şəhər Milis İdarəsi tərəfindən əraziyə 24 saatlıq növbətçi post qoyulub və ərazi “ictimai asayişi pozan zona” elan edilərək ziyarətlərə bağlanıb.

Şəhər Partiya Komitəsinin göstərişi ilə gecə növbətçiliyi tətbiq edilib. Məqsəd hadisənin arxasında mümkün təxribat və ya zarafat ehtimalını araşdırmaq olub. Məlumata görə, heykəl ağır dəmir zəncirlərlə yaxınlıqdakı beton dirəyə bağlanıb.

Lakin növbəti gün zəncirlərin qırıldığı və heykəlin bir neçə metr aralıda olduğu qeydə alınıb.

Sənədlərdə qeyd edildiyi iddia olunur ki, növbətçilik zamanı əraziyə kənar şəxsin daxil olması faktı aşkarlanmayıb, lakin səhər yoxlanışı zamanı heykəlin koordinatlarının dəyişdiyi müəyyən edilib. Bəzi hallarda bu dəyişiklik 20–30 santimetr, bəzi hallarda isə 2 metrə qədər olub. Şahidlərin sözlərinə görə, heykəli sabitləşdirmək üçün gətirilən texnika bir neçə dəfə sıradan çıxıb. 

Yerli mətbuat isə hadisəni “adi bir daş parçasına mistik don geyindirilməsi” kimi təqdim edib və dini ayinlərin keçirilməsini tənqid edib.

Hadisə ilə bağlı məlumatların Moskvaya qədər çatdığı bildirilir.

Bakıdan və Moskvadan gələn geoloq və fiziklərin ərazidə maqnit anomaliyası ehtimalını araşdırdığı qeyd olunur. “Elm və Həyat” jurnalının bəzi nömrələrində və yerli mətbuatda rəsmi izah kimi torpaq qatlarının mikro-sürüşməsi göstərilib. Lakin bu izahın heykəlin dik vəziyyətdə qalması və zəncirlərin qırılması kimi məqamları tam aydınlaşdırmadığı barədə fikirlər də səsləndirilib.

Sonrakı araşdırmalarda isə daşın hərəkətinin fiziki proseslərlə bağlı olduğu bildirilib.

Məlumata görə, daşın altındakı torpaq qatının xüsusiyyətləri, yerüstü suların təsiri və temperatur dəyişiklikləri nəticəsində yaranan vibrasiyalar ağır daşın tədricən sürüşməsinə səbəb olub.

Şahid ifadələrinə əsasən, hadisənin sonunda əraziyə ağır texnika və brezentlə örtülmüş yük maşını gətirilib, heykəl götürülərək naməlum istiqamətə aparılıb. Bəzi iddialara görə, daş muzey fonduna təhvil verilib, digər versiyalara görə isə basdırılaraq məhv edilib.

Gəncədə bu gün də dolaşan rəvayətlərdə heykəlin aparılmasında iştirak edən şəxslərdən bəzilərinin sonradan ağır qəza və ya xəstəliklə üzləşdiyi iddia olunur və bu hal xalq arasında “daşın lənəti” kimi yadda qalıb.

Professor Zaur Əliyev qeyd edir ki, hadisəyə mistik don geyindirilməsi mövhumat xarakterli yanaşmanın nəticəsidir. Onun fikrincə, elmi izahlar daha əsaslıdır və faktlara söykənir.

Beləliklə, “dirilən heykəl” hadisəsi bu gün daha çox şəhər əfsanəsi kimi xatırlanır...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Vətən müharibəsinin XRONİKASI: 10 oktyabr – VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

Siciliyada nadir ikili TORNADO: 11 nəfər xəsarət aldı - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

End of content

No more pages to load

RADİO