Heydər Əliyevin bəxş etdiyi Gənclər günü ədliyyə orqanlarında geniş qeyd olunub

2 fevral – Azərbaycan gəncləri günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzində gənc ədliyyə işçiləri və könüllüləri ilə tədbir keçirilib.
 
Əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin məzarı ziyarət olunaraq, önünə əklil qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu və titanik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanışlıq olub, maraqlı filmə baxılıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin bəxş etdiyi Gənclər Gününün bu il - “Heydər Əliyev İli”ndə dahi şəxsiyyətə böyük ehtiram və xüsusi minnətdarlıq hissi ilə qeyd olunduğunu bildirən nazir müavini Toğrul Musayev onları bayram münasibətilə nazirliyin rəhbər heyəti adından təbrik edib, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin dövlət gənclər siyasətindən bəhs edib.
 
Bildirib ki, müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində gənclərə daim qayğı ilə yanaşıb, milli, o cümlədən hərbi kadrların yetişdirilməsi, gənclərin vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərib. Bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb. 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Gəncləri forumlarının keçirilməsi ənənəsinin əsası qoyulub və bir il sonra Ümummilli Liderin Sərəncamı ilə məhz həmin tarix Gənclər Günü kimi təsis edilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin dövlət gənclər siyasətinin uğurla davam və inkişaf etdirildiyi, ölkəmizdə milli məfkurəyə sadiq, müasir dünyagörüşlü, dərin vətənpərvər ruhlu yeni nəsil formalaşdığı, gənclərin intellektual və innovativ potensiallarının reallaşmasına geniş imkan yaradıldığı bildirilib, bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.
Nazir müavini dövlət başçısının rəhbərliyi ilə Azərbaycan gəncliyinin hərtərəfli inkişafı nəticəsində onların ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəallığının artdığını, könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, Vətən müharibəsində parlaq Zəfərimizin qazanılmasında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın qələbə əzmini nümayiş etdirən gənclərin qəhrəmanlığından söz açıb, ölkə rəhbərinin Gənclər Günü münasibətilə müraciətini xüsusilə vurğulayıb.
Gənclərin ümummilli məsələlərdə vətənpərvərliyini, Laçın-Xankəndi yolunda iki aya yaxındır davam edən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılmasına qarşı dinc etiraz aksiyasında fəal iştirak edən gənclərimizin əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyini bildirib, onlara ədliyyə işçilərinin dəstəyini ifadə edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.
Görüşdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ədliyyə orqanlarında “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər, o cümlədən nazirliyin saytında dahi rəhbərin çoxşaxəli irsinin öyrənilməsi və təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının yaradıldığı qeyd olunub.
Diqqətə çatdırılıb ki, hər bir ədliyyə işçisi, o cümlədən gənclər Heydər Əliyevin zəngin irsini, dövlətçilik ideyalarını daim öyrənərək ondan bəhrələnməli, Ümummilli Liderin hüquq-mühafizə orqanlarının işçiləri qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət etmək, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərini fəaliyyətlərində daim rəhbər tutmalıdırlar.
Tədbir iştirakçılarına Azərbaycan gəncliyinin inkişafı ilə bağlı hazırlanmış əsas sənədlər toplusu və digər metodiki vəsaitlər təqdim olunub, xatirə şəkli çəkdirilib.
Gənclər Günü ədliyyə orqanlarında geniş qeyd olunub, keçirilən bütün tədbirlərdə Ulu Öndərin yüksək amallarına daim sadiq qalan gənclərin ölkə Prezidentinin rəhbərliyi ilə Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə və əzmkarlıqla çalışacaqları, yaradılan əlverişli imkanlardan səmərəli istifadə edərək görülən işlərdə fəal mövqe tutacaqları vurğulanıb.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Regionda sülh artıq dönməzdir”

Prezident: “Regionda sülh artıq dönməzdir”

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? -Vacib detallar

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Paşinyan: “Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər”

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Ən şirin yemişi necə seçmək olar? - 6 əsas əlamət

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

“Dərnəgül” deposuna ilk qatar belə daxil oldu – VİDEO

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Naxçıvanın taleyi: Ulu Öndərin qətiyyəti və İlham Əliyevin inkişaf xətti

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

Alen Simonyan Ermənistanın Təhlükəsizlik Şurasının katibi TƏYİN EDİLDİ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

“Yalnız universitetə qəbul olmaq üçün kor-koranə ixtisas seçimi edilməməlidir” – DİM sədrindən ÇAĞIRIŞ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Tullantılar necə biznesə çevrilir? “Tullantıların biznesi” kitabı NƏŞR OLUNDU – FOTO

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

Samuxda zəhərlənən şəxslərin SON DURUMU

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

12 yaşlı Tapdıq ona hədiyyə olunan maşınla yola çıxıbmış – Video

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Sumqayıtda oğurluq edən şəxslər SAXLANILDI

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Samuxda beş nəfər xəstəxanaya yerləşdirildi - Qarayara şübhəsi....

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Mətbəxdəki bu iki cihazı bir-birinin yanında qoymaq olmaz

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu – CƏDVƏL

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Bakı metrosu iş rejimini dəyişdirəcək – SƏBƏB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Azərbaycan əhalisi dərman alışını kəskin ARTIRIB

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Dərnəgül elektrik deposunun inşasının başa çatacağı TARİX AÇIQLANDI

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Ağsuda narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

“Dərnəgül” elektrik deposunda hansı işlər görülüb? - FOTO

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

Bakı, Sumqayıt və Abşeronda pensiyalar BU TARİXDƏ ödəniləcək

End of content

No more pages to load

RADİO