Azərbaycanın su təhlükəsizliyi STRATEGİYASI – Gələcək nəsillər üçün resurslar necə QORUNACAQ?

Qlobal iqlim dəyişikliklərinin sürətlə davam etməsi fonunda su ehtiyatlarının azalması artıq beynəlxalq təhlükəsizlik məsələsinə çevrilib. Ona görə də su ehtiyatlarına nəzarət və düzgün istifadə dövlətlərin strateji dayanıqlığının əsas göstəricilərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın su siyasəti məhz bu reallıqlar fonunda formalaşaraq, texniki təsərrüfat yanaşmasından çıxıb milli təhlükəsizlik və davamlı inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib.

Bu yanaşma su problemini uzunmüddətli, kompleks və qabaqlayıcı dövlət siyasəti müstəvisində həll etməyə yönəlib.

Strateji baxışın siyasi təsdiqi

2026-cı il yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlətin su təhlükəsizliyi məsələsinə ayırdığı diqqətin əyani sübutudur.

 

“Bakının və Abşeron yarımadasının içməli su problemləri əfsuslar olsun ki, uzun illər ciddi problem kimi qarşımızda durur. Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq mən hesab edirəm, vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək”, deyə Dövlət başçısı müşavirədə bildirib.

Müşavirədən dərhal sonra isə Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramını təsdiqləyib.

Bununla da, ilk dəfə olaraq paytaxt və ətraf ərazilərin su təminatına vahid, genişmiqyaslı və mərhələli sənəd çərçivəsində yanaşma təsbit edildi.

Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan layihələr

Təsdiqlənmiş proqram Bakı, Sumqayıt və bütün Abşeron yarımadasını əhatə etməklə su təminatında keyfiyyətcə yeni mərhələ açır. Sənədin icrası nəticəsində, 28–30 yeni su anbarının tikintisi, 200 kilometrdən çox magistral və paylayıcı şəbəkənin yenidən qurulması, nəzərdə tutulur.

Bundan əlavə, 2035-ci ilədək sayğaclaşmanın 100 faizə çatdırılması, fasiləsiz içməli su ilə təminatın 70 faizdən 95 faizə yüksəldilməsi, kanalizasiya xidmətinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırılması planlaşdırılır. Abşeron yarımadasının 64 yaşayış məntəqəsində su təchizatı və kanalizasiya sistemlərinin qurulması da Dövlət Proqramında öz əksini tapıb.

Bu göstəricilər sadəcə texniki parametrlər deyil, əhalinin gündəlik həyat keyfiyyətini, şəhərlərin dayanıqlığını və ekoloji təhlükəsizliyi birbaşa müəyyən edən faktorlardır.

Su itkiləri və qənaət

Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı məsələlərdən biri də su itkiləridir.

“Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi. Halbuki biz baxmalıyıq, gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır”, - Dövlət başçısı vurğulayıb.

Bu kontekstdə əhalinin suya qənaətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycanda su resurslarının 70 faizdən çoxu kənd təsərrüfatı suvarmasında istifadə olunur. Təsadüfi deyil ki, Dövlət Proqamı çərçivəsində su itkilərinin 20 faizdən aşağı salınması hədəflənir.

Su ehtiyatlarına qənaətli yanaşma isə su qıtlığını azaltmaqla yanaşı, gələcək nəsillər üçün strateji ehtiyatların qorunmasına xidmət edir.

Dəniz suyunu duzsuzlaşdırma strategiyası

Proqramın ən mühüm yeniliklərindən biri Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun inşasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə sırf xarici investisiyalar hesabına həyata keçiriləcək:
 

“Bu imkan verəcək ki, biz Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq. Bu sahədə texnoloji inkişaf da göz önündədir. Bizim Xəzər dənizinin suyu o qədər də duzlu deyil, yəni tam əminlik var ki, duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Sənaye Parkında gündəlik istehsal gücü 300 min kubmetr olan zavodun tikintisi nəzərdə tutulur. Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tam istismara verilməsi 2028-ci ilin yekununa planlaşdırılır.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su əldə olunması Abşeron yarımadası üçün iqlimdən asılı olmayan alternativ su mənbəyi yaradacaq. Üstəlik, sözügedən layihə həm içməli su, həm də suvarma üçün əlavə ehtiyat formalaşdırır.

Bu yanaşma Azərbaycanın su təhlükəsizliyini qlobal standartlara uyğun şəkildə diversifikasiya etdiyini göstərir.

Xəzərin ekoloji təhlükəsizliyi

2026–2035 proqramı Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını prioritet istiqamət kimi müəyyən edir. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bu məsələni xüsusi vurğulayıb:

“Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir”, - deyə Dövlət başçısı bildirib.

Qeyd edək ki, şəhərin mərkəzindən keçən Sahil kollektoru və Zığ-Hövsan kanalizasiyası yenidən qurulur. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq Bakı buxtasının ekoloji mühiti yaxşılaşdırılacaq.

Təbii ki, tullantı və yağış sularının idarə olunması, Hövsan sutəmizləyici qurğusunun modernləşdirilməsi və yeni kollektor şəbəkələri Xəzər dənizinin qorunmasına, ekoloji risklərinin azalmasına və turizmin inkişafına imkan yaradacaq.

Su təminatının yaxşılaşdırılmasında yeni dönəm
 

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı su təhlükəsizliyinin artıq Azərbaycanda milli təhlükəsizlik doktrinasının ayrılmaz tərkib hissəsi olduğunu aydın şəkildə ortaya qoyur. Yanvarın 12-də keçirilən müşavirə və ardınca müvafiq proqramın təsdiqlənməsi dövlət başçısının bu sahədə sürətli qərarvermə, sistemli planlama və icraya yönəlik siyasi iradəsini nümayiş etdirir.

Proqram təkcə Bakı və Abşeron yarımadasında su təchizatının köklü şəkildə yaxşılaşdırılmasını deyil, eyni zamanda su itkilərinin minimuma endirilməsini, fasiləsiz və keyfiyyətli içməli su təminatının 95 faizə çatdırılmasını, kanalizasiya və yağış suları sistemlərinin tam yenilənməsini hədəfləyir.

Proqram çərçivəsində atılacaq addımlar iqlim dəyişikliyi fonunda su qıtlığı risklərini yumşaldacaq, urbanizasiya problemlərinin həllinə töhfə verəcək və ölkənin ekoloji dayanıqlığını gücləndirəcək. Eyni zamanda, əhalinin suya qənaətli yanaşmasının təşviqi və su itkilərinin 20 faizdən aşağı salınması gələcək nəsillər üçün strateji resursların qorunmasına xidmət edir.

Prezident İlham Əliyevin son beş ildə həyata keçirdiyi institusional islahatlar və infrastruktur layihələri üzərində qurulan bu proqram göstərir ki, Azərbaycan susuzluq probleminə qarşı qabaqlayıcı və uzunmüddətli strategiya ilə hərəkət edir. Nəticə etibarilə, 2026–2035 Dövlət Proqramı əhalinin rifahını prioritet istiqamət kimi müəyyən edən, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun və regional miqyasda Azərbaycanı su təhlükəsizliyi nümunəsinə çevirən fundamental strateji sənəd kimi tarixə düşəcək.

Bizim.Media-nın analitik qrupu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

İlham Əliyevdən İspaniya Kralına MƏKTUB

İlham Əliyevdən İspaniya Kralına MƏKTUB

74 yaşlı qadın axtarışa verildi – Görün nədə təqsirləndirilir?

74 yaşlı qadın axtarışa verildi – Görün nədə təqsirləndirilir?

Azərbaycanda hicabla bağlı radikal çağırışlar edənlərin kimliyi BƏLLİ OLDU – SENSASİON DETALLAR

Azərbaycanda hicabla bağlı radikal çağırışlar edənlərin kimliyi BƏLLİ OLDU – SENSASİON DETALLAR

Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib – VİDEO

Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib – VİDEO

İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşdü - FOTO

İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşdü - FOTO

Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

Gəncənin daşlara həkk olunan əfsanəsi – FOTO

Gəncənin daşlara həkk olunan əfsanəsi – FOTO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı

Birjalarda neft ucuzlaşdı

Birjalarda neft ucuzlaşdı

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı - FOTO

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı - FOTO

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

Dələduz sahibkar həbs edildi

Dələduz sahibkar həbs edildi

End of content

No more pages to load

RADİO