Mingəçevir şəhərində 44 yaşlı Elşad Məmmədovu bıçaqlayan şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisə oktyabrın 9-da baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü E.Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 26 yaşlı Əvəz Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media