Hindistanda Dehlidən Çennaya uçan “IndiGo” aviaşirkətinə məxsus sərnişin təyyarəsində poverbankın alovlanması səbəbindən uçuşun istiqaməti dəyişdirilib.
Bizim.Media xəbər verir ki, kabin heyətinin müdaxiləsindən sonra pilotlar təyyarəni Heydərabaddakı Rajiv Qandi beynəlxalq hava limanına yönləndiriblər.
Təyyarə təhlükəsiz eniş edib. Sərnişinlərin və ekipaj üzvlərinin xəsarət almadığı bildirilib.
Aviaşirkət sərnişinlərin Çennaya çatması üçün alternativ uçuş təşkil edib.
Bizim.Media