İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.10.2026-11.10.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Bizim.Media-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 327 piyada əleyhinə mina, 34 tank əleyhinə mina, 624 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1239,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Bizim.Media