Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib – FOTO

13 yanvar 2026-cı il tarixdə, Oğuz rayon Mədəniyyət Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Oğuz Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, Regional idarələrin rəhbərləri, Oğuz RİH başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş edilmişdir.

Hesabat yığıncağında məruzə ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov 2025-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, icra olunan layihələr, infrastrukturun yenilənməsi, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, həmçinin 2026-cı ildə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.

Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün oğuzlular adından təşəkkür edib.

Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, Şəki-Zaqatala Regional Məşğulluq filialının müdiri Abdulla Kərimov, şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova rayonda aparılan quruculuq işlərini yüksək qiymətləndirərək, əldə olunan nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar.
 

Tədbirdə hesabat yığıncağı adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Günel Abdullayeva tərəfindən müraciət səsləndirilib, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Orxan Cabbarov tərəfindən yığıncağın yekun qərarı elan olunub.


Daha sonra xidməti sahələri üzrə uzun müddət səmərəli fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fərqlənən 11 nəfər Oğuz Rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi ilə təltif edilib.

Sonda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Oğuz rayonu bundan sonra da davamlı inkişaf edəcək və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

İlham Əliyevdən İspaniya Kralına MƏKTUB

İlham Əliyevdən İspaniya Kralına MƏKTUB

74 yaşlı qadın axtarışa verildi – Görün nədə təqsirləndirilir?

74 yaşlı qadın axtarışa verildi – Görün nədə təqsirləndirilir?

Azərbaycanda hicabla bağlı radikal çağırışlar edənlərin kimliyi BƏLLİ OLDU – SENSASİON DETALLAR

Azərbaycanda hicabla bağlı radikal çağırışlar edənlərin kimliyi BƏLLİ OLDU – SENSASİON DETALLAR

Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib – VİDEO

Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib – VİDEO

İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşdü - FOTO

İlham Əliyev Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşdü - FOTO

Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı

Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

Azərbaycan Çinlə anlaşma memorandumu imzaladı

Gəncənin daşlara həkk olunan əfsanəsi – FOTO

Gəncənin daşlara həkk olunan əfsanəsi – FOTO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı

Azad edilmiş ərazilərdə daha 361 mina aşkarlandı

Birjalarda neft ucuzlaşdı

Birjalarda neft ucuzlaşdı

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı - FOTO

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı - FOTO

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

KTMT-nin 5 ölkəsi Ukrayna sərhədində hərbi təlim keçir

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

Dələduz sahibkar həbs edildi

Dələduz sahibkar həbs edildi

End of content

No more pages to load

RADİO