Dronların icazə və dövlət qeydiyyatı artıq "my gov"da!

Vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə "mygov" platformasında daha iki yeni xidmət istifadəyə verilib. Artıq istifadəçilər mülki pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi və PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərini rəqəmsal şəkildə "mygov" platforması üzərindən göndərə bilərlər.

Bu barədə Bizim.Media-ya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Sözügedən xidmətlərin inteqrasiya prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Dövlət Mülki Aviasiya Agentliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.

PUA-ların dövriyyəsinə xüsusi icazənin verilməsi ilə bağlı müraciətin göndərilməsi xidməti PUA-nın dövlət qeydiyyatına alınması ilə bağlı müraciətin təqdim edilməsindən əvvəl alınmalı olan ilkin rəsmi icazənin əldə olunmasını təmin edir.
 

Bu xidmətə müraciət üçün "mygov" tətbiqinin əsas səhifəsində "Xidmətlər" bölməsinə keçid edilir, "Nəqliyyat" kateqoriyası seçilir və "Pilotsuz uçuş aparatlarının (PUA) dövriyyəsinə xüsusi icazənin verilməsi üzrə müraciətlərin göndərilməsi" xidmətinə daxil olunur.


Daha sonra müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir. Vətəndaşlar veb-sayt vasitəsilə xidmətlərdən yararlanmaq üçün my.gov.az-a daxil olaraq "Xidmətlər" bölməsini açıb, "Qurumlar" altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.

Dövlət Mülki Aviasiya Agentliyi ərizəçi tərəfindən təqdim olunan qanunvericiliklə nəzərdə tutulmuş müraciət və sənədlərin uyğunluğunu yoxlayır, çatışmazlıq olduğu halda isə ərizəçiyə bu barədə məlumat verir.

Müraciət uyğun olduqda və ya çatışmazlıqlar aradan qaldırıldıqda müraciət rəy alınması üçün müvafiq dövlət qurumlarına göndərilir.

Bütün rəylər müsbət olduğu halda PUA-nın ölkə ərazisində dövriyyəsinə icazə verilməsi barədə yekun qərar qəbul edilir. Xüsusi icazənin verilməsi üçün PUA-nın əsas texniki parametrləri, məsafədən identifikasiya sisteminin və coğrafi zonaları təyinetmə funksiyasının mövcudluğu mütləq tələb olunur.

PUA-ların qeydiyyatı üzrə müraciətlərin göndərilməsi xidməti isə xüsusi icazə alındıqdan sonra həyata keçirilən növbəti mərhələdir və bu proses üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 23 aprel tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları"na uyğun olaraq aparılır.
 

Hər bir PUA-nın sahibi PUA-nı Azərbaycana idxal etməzdən əvvəl və xüsusi icazə aldıqdan sonra və ya Azərbaycanda istehsal etdikdən sonra 10 (on) iş günü ərzində onun dövlət qeydiyyatına alınması üçün müraciət etməlidir. Qeydiyyat sertifikatı 5 il müddətinə qüvvədədir və hər bir PUA-nın eyni vaxtda yalnız bir qeydiyyat sertifikatı ola bilər.


Qeydiyyat müraciətinin göndərilməsi üçün tətbiqin əsas səhifəsində "Xidmətlər" bölməsindən "Nəqliyyat" kateqoriyasına keçilir, "PUA-ların dövlət qeydiyyatına alınması üzrə müraciətlərin göndərilməsi" xidməti seçilir, müvafiq məlumatlar yazılır, sənədlər yüklənilir və müraciət göndərilir.

Eyni zamanda my.gov.az saytına daxil olaraq "Xidmətlər" bölməsinə keçib "Qurumlar" altbölməsindən Dövlət Mülki Aviasiya Agentliyini seçə və müvafiq xidmətə keçid edə bilərlər.

Yeni xidmətlər PUA-ların dövriyyəsi və qeydiyyatı ilə bağlı prosesləri rəqəmsal müstəviyə daşıyaraq müraciətlərin daha rahat və əlçatan formada idarə olunmasını təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Arne Slot UEFA-da ÇALIŞACAQ

Arne Slot UEFA-da ÇALIŞACAQ

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YENİ RƏHBƏR

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Güləşçilərimiz Rusiyada çempion oldular - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursu başa çatdı - FOTO

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Türkiyə–İsrail münasibətlərinin GÖRÜNMƏYƏN ÜZÜ

Vahid geyim qaydaları ətrafında informasiya manipulyasiyası – Şuradan XƏBƏRDARLIQ

Vahid geyim qaydaları ətrafında informasiya manipulyasiyası – Şuradan XƏBƏRDARLIQ

Patruşevdən İDDİA: “London və Brüssel Baltik dənizini bağlamağa hazırlaşır”

Patruşevdən İDDİA: “London və Brüssel Baltik dənizini bağlamağa hazırlaşır”

15 yaşlı qız dəfn mərasimində “dirildi” – ŞOK HADİSƏ - VİDEO

15 yaşlı qız dəfn mərasimində “dirildi” – ŞOK HADİSƏ - VİDEO

Prezident təqaüdünə layiq görülən gənclər arasında jurnalistin oğlu da var

Prezident təqaüdünə layiq görülən gənclər arasında jurnalistin oğlu da var

AAYDA sədri yeni vəzifəyə TƏYİN OLUNDU

AAYDA sədri yeni vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başladı – FOTO/VİDEO

Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başladı – FOTO/VİDEO

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Trampın tənqid etdiyi konqresmenin evində axtarış APARILDI

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Azərbaycan və İran arasında fövqəladə hallarla mübarizən müzakirə edildi - FOTO

Rusiya ordusu Ukraynaya hərbi yük daşıyan iki yük gəmisini VURDU

Rusiya ordusu Ukraynaya hərbi yük daşıyan iki yük gəmisini VURDU

Bulvarda çay ətri, milli təamlar – FOTOREPORTAJ

Bulvarda çay ətri, milli təamlar – FOTOREPORTAJ

End of content

No more pages to load

RADİO