Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb.

Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı nocomment.az-a danışan İlahiyyatçı Ağa Hacıbəyli deyib ki, Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir.

Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:

Qeyd olunur ki, bu məsələnin tam şəkildə həlli yalnız qanunlarla mümkün deyil. Daha çox maarifləndirmə, düzgün izah və mədəni dəvət yolu ilə insanlar bu dəyərləri qəbul etməli və dərk etməlidirlər. Qanun vacib olsa da, insan onu anlayaraq qəbul etdikdə daha düzgün tətbiq edir. Eyni zamanda diqqətə çatdırılır ki, israf problemi təkcə yas mərasimləri ilə məhdudlaşmır. Toy məclislərində baş verən israf çox zaman yas mərasimlərində ediləndən qat-qat artıq olur. Əgər məqsəd doğrudan da israfın qarşısını almaqdırsa, bu məsələyə kompleks yanaşmaq və bütün mərasimləri əhatə edən islahatlara ehtiyac var.
 

Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi.


Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”, – ilahiyyatçı yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

"Şərab müharibəsi"nin qalibi o oldu

"Şərab müharibəsi"nin qalibi o oldu

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Tələbə telefona enerji yükləyən çətir HAZIRLADI - FOTO

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

Çin və Rusiya hərbi təyyarələri Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil oldu

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini AÇIQLADI

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalında su sirki şousunu izlədilər – FOTO

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Şirkətlər iflas edir, yüz minlərlə işçi ixtisar olunur - Almaniya iqtisadiyyatının ACI MƏNZƏRƏSİ

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında – FOTO

End of content

No more pages to load

RADİO