ŞAD XƏBƏR! Pensiya və müavinətlər bu qədər ARTIRILACAQ

2026-cı il üçün sosial ödənişlər sahəsində planlaşdırılan artımlar cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə pensiyaların indeksləşdirilməsi və sosial müavinətlər üzrə gözləntilər vətəndaşların real gəlirlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Orta aylıq əməkhaqqının artımı fonunda pensiya və müavinət mexanizmlərinin necə tənzimlənəcəyi sosial siyasətin əsas gündəm mövzularından biridir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı nocomment.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, 2026-cı il üçün pensiyalarda orta aylıq əməkhaqqının artımına uyğun olaraq təxminən 9.2 % indeksləşdirmə və artım proqnozlaşdırılır. 

Bu artım pensiyaların nominal məbləğinin yüksəldilməsinə və real gəlirin qorunmasına hesablanıb. 

Ekspertin sözlərinə görə, proqnozlara əsasən orta aylıq pensiya 590 manata yaxınlaşacaq və əmək pensiyaları üzrə büdcə xərcləri artırılacaq.

Akif Nəsirli qeyd edib ki, sosial müavinətlər və digər nağd yardımlar isə pensiyalardan fərqli olaraq ayrıca mexanizmlə tənzimlənir və onların avtomatik şəkildə orta əməkhaqqı artımı ilə eyni faizdə indeksləşdirilməsi hələlik qanunvericilikdə əksini tapmayıb. Bununla belə, 2026-cı ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və kompensasiyalar üçün nəzərdə tutulan vəsaitin 2 milyard manatdan çox olması və əvvəlki ilə nisbətən təxminən 9.1 % artması sosial ödənişlər sahəsində ümumi dəstəyin gücləndirildiyini göstərir.

Ekspertin fikrincə, 2026-cı il üçün sosial sahədə həm pensiyalar, həm də müavinət və nağd yardımlar üzrə xərclərin artırılması dövlətin sosial müdafiə siyasətinin prioritet istiqamətlərindən biridir və bu addımlar vətəndaşların real gəlirlərinin qorunmasına xidmət edir.

Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO