Müştərilərin ən çox şikayət etdiyi banklar – SİYAHI

Azərbaycan Mərkəzi Bank (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib.

Bu ilin noyabr ayında barəsində ən çox şikayət edilən bank "Bank BTB" ASC olub. Bu bankdan şikayət indeksi 5.11-dir.

Növbəti yerləri "Yelo Bank" ASC (2.88) və "Unibank" ASC (2.34) bölüşür. Dördüncü yeri “AFB BANK” ASC (1.89), beşinci yeri isə “Expressbank” ASC (1.74) tutur.

Qeyd edək ki, şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır.

Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.

Nəzərə alaq ki, AMB-nin avqust ayı üzrə bankların şikayət indeksində “Expressbank” ilk sırada qərarlaşmışdı. Həmin siyahıda ikinci olan “Yelo Bank” və “Unibank” isə yenə də öz mövqeyini qoruyub.

Ən diqqətçəkən məqamlardan biri isə avqust ayı üzrə reytinqdə ilk beşliyə belə düşməyən “Bank BTB”nin bu dəfə liderliyə yüksəlməsidir.

Xatırladaq ki, bu bank Ramiz Mehdiyevin ailəsinə məxsusdur.

Bəs ilk yerlərdə qərarlaşan “Bank BTB” və “Yelo Bank”dan şikayətlərin artmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, sözügedən bankların şikayətlərə görə lider olması bir neçə amillə bağlıdır:

“Əvvəla, bu bankların xidmət keyfiyyəti ilə bağlı narazılıqlar davamlı xarakter daşıyır. Müştərilər daha çox kredit şərtlərinin aydın olmaması, əlavə komissiyalar, gecikmələrə görə cərimələr, köçürmələrdə problemlər və məlumatlandırmanın zəif aparılması kimi məsələlərdən şikayət edirlər.

Digər mühüm səbəb bankların maliyyə və idarəetmə problemləri ilə üzləşməsidir. Uzun müddət zərərlə işləyən və ya gəlirliliyi aşağı olan banklarda xərclərin azaldılması fonunda müştəri xidmətlərinin keyfiyyəti də zəifləyə bilir. Bu isə birbaşa olaraq narazılıqların artmasına gətirib çıxarır.

Bundan əlavə, şikayət indeksi sadəcə şikayətlərin sayına görə deyil, onların bankın müştəri bazasına nisbətinə əsasən hesablanır. Müştəri sayı nisbətən az olan banklarda hətta az sayda şikayət belə indeksin yüksəlməsinə səbəb olur və bank uzun müddət siyahının ön pillələrində qala bilir.

Nəticədə, problem təkcə ayrı-ayrı hallarla deyil, sistemli xidmət və idarəetmə çatışmazlıqları ilə bağlı olduğu üçün şikayətlər də davamlı olur. Məsələn, “Bank BTB” və “Yelo Bank”da olduğu kimi...”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO