Bakıda daha bir evin bünövrəsi çökür – FOTO/VİDEO

“Rayon İcra Hakimiyyətindən dedilər ki, “bura adi bir qığılcım, siqaret kötüyü düşərsə, böyük partlayış ola bilər və eviniz çökər”.

Bizim.Media xəbər verir ki, bu şikayətlə qafqazinfo.az-a Xətai rayon Köhnə Günəşli qəsəbəsi Zeytun küçəsi 118 B ünvanında yaşayan Elmar Hümbətov müraciət edib.

Vətəndaşın sözlərinə görə, adıçəkilən ərazinin 134 ünvanında baş vermiş çökmə iki evə ziyan vurub: “Hələ cari il yanvarın sonlarında evdən səs gəlməyə başladı. Anlamırdıq ki, nədir. Zamanla ətrafı qoxu bürüdü. Güclü yağışlardan sonra problem özünü göstərdi. Qonşunun həyətində aşkarladıq ki, böyük bir dəlik yaranıb, altından su axır. Bu, kanalizasiya kollektorunun çökməsidir. Mənim evimi də qəzalı vəziyyətə salıb. Belə ki, divarlarda çatlar yaranıb. Qoxudan isə yaşamaq olmur. Bura uşaqlar üçün də ciddi təhlükədir.
 

Müvafiq qurumlara dərhal məlumat verdik. Gəlib baxış keçirdikdən sonra dedilər ki, “siz kanalizasiya kollektronun üzərində ev tikmisiniz. Bu, cinayətdir. Orada yaşamaq olmaz”. Bizim hazırkı ev 1999-cu ildə tikilib. 2006-cı ildə çıxarışı alınıb. Mən isə 2012-ci ildə bura köçmüşəm. Əgər qanunsuz idisə, bu qədər müddətdə niyə aşkarlanmamışdı? Daha sonra ADSEA tərəfindən həmin dəliyin ətrafı hasarlandı, ancaq hələ də nəticə yoxdur”.


Vətəndaş, həmçinin qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) evin qəzalı olmasına dair rəy verib: “FHN əməkdaşları yerindəcə məsələni qeydə aldılar. Lakin onlar evin qəzalı olmasına görə sadəcə bir evə rəy verdi. Rayon İcra Hakimiyyətindən də bildirdilər ki, “burada yaşamaq çox təhlükəlidir”.

Evdə yaşamaq olmur. Qonşumuz Səmayə xanım isə yaşlıdır, onun üçün vəziyyət daha da təhlükəlidir. Aidiyyəti qurumlar dərhal bu məsələyə müdaxilə etməlidir”.

Kanalizasiya kollektorunun yaratdığı problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, ərazidə mövcud kanalizasiya şəbəkəsinin üzərində qanunsuz olaraq fərdi yaşayış evləri tikilib: “Qeyd olunan ünvandakı çökmə magistral kanalizasiya kollektorunun üzərindədir. Evlərin və həyətlərin kollektorun üzərində olması ərazidə təmir-bərpa işlərinin aparılmasını qeyri-mümkün edir. Evlər və ya tikililər sökülməlidir ki, şərait yaradılsın və magistral xətdə təmir işləri aparılsın. Problemlə bağlı müvafiq qurumlara da müraciət olunub. Həll yolları müzakirə olunur. Amma istənilən halda qəzaya baxış keçiriləcək və müvəqqəti olaraq köməklik göstəriləcək”.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə də sorğu göndərdik. Qurumun cavabı isə belə oldu: “Məlumat alan kimi əraziyə baxış keçirilib. Bundan sonra birgə iş aparılaraq aidiyyəti qurumlara məlumat verilib. Məsələni nəzarətdə saxlayırıq”.

Qeyd edək ki, bir neçə gün öncə Binəqədi rayonu Biləcəri qəsəbəsi Tomris məhəlləsində yerləşən fərdi yaşayış evinin bünövrəsində də çökmə hadisəsi baş vermişdi. Buna səbəb kanalizasiya kollektorunun deformasiyaya uğraması idi.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

End of content

No more pages to load

RADİO