2025-ci ildə yüksək vəzifəyə təyin olunan məmurlar – SİYAHI

2025-ci ili başa vurmaq üzrəyik. Bu il siyasi sferada bir sıra yeniliklərlə, ələxüsus da bəzi məmurların yüksək vəzifəyə təyinatı ilə yadda qaldı. 

Bizim.Media 2025-ci ildə yüksək dövləti vəzifələrə təyinat alan şəxslərin siyahısını hazırlayıb.

Həmin siyahını təqdim edirik:

Samir Şərifov


Prezidentin 10 yanvar 2025-ci il tarixli sərəncamı ilə Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Bu təyinata qədər Samir Şərifov uzun illər Maliyyə naziri vəzifəsini icra edirdi.

Muxtar Babayev


Ölkə başçısının 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.

Bu təyinata qədər Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışıb.

Sahil Babayev


Prezident İlham Əliyevin 6 fevral 2025-ci il tarixli sərəncamına əsasən Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Bu təyinata qədər Sahil Babayev 7 il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsini icra edib.

Anar Əliyev


Dövlət başçısının 7 fevral 2025-ci il tarixli sərəncamı ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Buna qədərsə o uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləyib.

Elnur Bağırov


Elnur Şəmistan oğlu Bağırov Ölkə başçısının 12 fevral 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib. Bundan əvvəlsə o İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.

Rüfət Mahmud


Prezident İlham Əliyevin 13 fevral 2025-ci il tarixli sərəncamı ilə Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.

Rüfət Mahmud bu təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “Socar Rus” MMC-nin rəhbəri olub.

O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində çalışıb. Həmçinin Dünya Bankı və İqtisadiyyat Nazirliyində bir sıra vəzifələrdə işləyib.

Şahin Babayev


Şahin Tofiq oğlu Babayev Ölkə başçısının 3 mart 2025-ci il tarixli sərəncamı ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib. Bu təyinata qədər o, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavin vəzifəsində çalışıb.

İlham Mirzəliyev


Ölkə başçısının 1 may 2025-ci tarixli sərəncamı ilə İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Bu təyinata qədər o 15 ildən artıq “Azəristiliktəchizat” ASC sədrinin müavini olub.

Bəhruz Əhmədov


Prezidentinin 13 may 2025-ci il tarixli sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib. Bu təyinata qədər o prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Sərdar Səfərov


24 oktyabr 2025-ci il tarixli sərəncamı ilə Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Buna qədərsə o, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi və ən sonda isə Xankəndi şəhərinin komendantı vəzifələrində çalışıb.

Ceyhun Cəlilov


Ölkə başçısının sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov 12 noyabr 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Bundan əvvəl Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının baş naziri olub.

Elxan İbrahimov


Elxan Oqtay oğlu İbrahimov Dövlət başçısının 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, həmin gün Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Natiq Ağayev


Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinata qədər o, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.

Orxan Mürsəlov


Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elvin Paşayev


Dövlət başçısının 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinata qədər o Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.

Vüqar Novruzov


Prezident İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli müvafiq Sərəncamları ilə Vüqar Vahid oğlu Novruzov Naftalan şəhər İcra hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elşən Həsənli


Ölkə başçısının 12 noyabr 2025-ci il tarixli sərəncamı ilə Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu təyinata qədər Elşən Həsənli Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

End of content

No more pages to load

RADİO