Pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Minimum pensiya alan və tək yaşayan şəxslərin artan kommunal xərclər qarşısında çətin vəziyyətə düşməsi cəmiyyətdə sosial dəstək mexanizmlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə, ahıl yaş dövründə tək yaşayan insanların rifahının qorunması məqsədilə ayrıca kommunal güzəşt paketinin tətbiqinin mümkünlüyü müzakirə olunur.

Maraqlıdır, minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi nəzərdə tutula bilərmi?

Bizim.Media xəbər verir ki, bu barədə “konkret.az”a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, bir sıra ölkələrdə ahıl yaş dövründə tək yaşayan şəxslərin rifahının qorunması məqsədilə müxtəlif sosial mexanizmlər mövcuddur.

O qeyd edib ki, tək yaşayan şəxslərin xərcləri ailə üzvlərinin sayı çox olan təsərrüfatlarla müqayisədə adambaşına düşən yük baxımından daha yüksək olur.

“Aylıq xərclər əsasən sabit və dəyişən olmaqla iki hissədən ibarətdir. Dəyişən xərclər ailə üzvlərinin sayından asılı olsa da, sabit xərclər – kommunal ödənişlər, kirayə və digər məcburi öhdəliklər – ailə tərkibindən asılı olmur. Bu səbəbdən tək yaşayan şəxslərin, xüsusilə də minimum pensiya alanların maliyyə riski ilə üzləşmə ehtimalı daha yüksəkdir”.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda da bəzi hallarda tək yaşayan şəxslərin kredit qaytarma qabiliyyəti və ya kirayə mənzil bazarında aylıq xərcləri daha yüksək qiymətləndirilir.

Bu isə onların sosial baxımdan daha həssas qrup olduğunu göstərir.
 

“Minimum pensiyanın hazırkı səviyyəsi ehtiyac meyarına yaxın olsa da, əlavə gəlir mənbəyi olmayan tək yaşayan şəxslər üçün bu məbləğ kifayət etmir. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi, birbaşa maliyyə yardımları və ya natura formasında dəstək mexanizmləri bu sosial qrupun rifahının ən azı minimum səviyyədə saxlanılmasına töhfə verə bilər”.


Bununla belə, iqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi ilə bağlı müzakirələrin aparılması barədə məlumat yoxdur.

Dövlətin mövcud sosial siyasət mesajlarına əsasən, ən azı orta müddətli dövrdə bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

End of content

No more pages to load

RADİO