Elektron siqaretlərin satışı qadağan edilə bilər

Dekabrın 16-da Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev gündəliyə bir məsələnin - Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil olduğunu bildirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev tütün və tütün məmulatlarının, eləcə də elektron siqaretlərin insan sağlamlığına zərərli təsirlərindən söz açıb.

O bildirib ki, bu məhsullar bir çox sağalmaz xəstəliklərin yaranmasına səbəb olur və məsələ ilə bağlı deputatlar tərəfindən dəfələrlə təşəbbüslər irəli sürülüb. Tahir Rzayev qeyd edib ki, problemin aktuallığını nəzərə alaraq, son illərdə tütün məmulatlarının dövriyyəsi və istifadəsinin məhdudlaşdırılması istiqamətində bir sıra qanunverici aktlar qəbul edilib. Bununla belə insanların, xüsusilə gənclərin tütün və elektron siqaret məhsullarına çıxışının məhdudlaşdırılması, onların təşviqinin qarşısının alınması öz aktuallığını qoruyub saxlayır.
 

Komitə sədri bildirib ki, məhz bu məqsədlə Milli Məclisin komitə sədri Fazil Mustafanın təşəbbüsü ilə təqdim olunan qanun layihəsi hazırlanıb.


İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa layihədə təklif olunan dəyişikliklər barədə məlumat verib.

O bildirib ki, qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin - idxalının, ixracının, istehsalının, saxlanılmasının, topdan və pərakəndə satışının və istifadəsinin qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Komitə sədri vurğulayıb ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıb.

O, dəyişikliklərin əhalinin sağlamlığının qorunması, xüsusilə gənc nəslin zərərli vərdişlərdən uzaq tutulması baxımından əhəmiyyətini vurğulayıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edərək tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması və onların reklamının qadağan olunması ilə bağlı ölkədə mövcud olan qanunvericilik bazasından söz açıb. Bu qanunvericilik bazasının icrası və real tətbiqi ilə bağlı məsələlərə toxunub, müzakirəyə çıxarılan layihədə təklif olunan dəyişikliklərlə və bəzi anlayışların dəqiqləşdirilməsi ilə bağlı qeydlərini və təkliflərini səsləndirib.
 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, qanun layihəsindəki dəyişikliklər cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasına xidmət edir. Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdən irəli gəlir.


Belə ki, elektron siqaretlərin dövriyyəsi qadağan edildiyindən “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi həyata keçirilir. Vurğulanıb ki, təqdim olunan dəyişikliklər sosial məqsədlərin reallaşdırılmasını və cəmiyyətin sağlamlığının qorunmasını hədəfləyir.

Müzakirələrdə çıxış edənlər öz fikirlərini və qeydlərini bildiriblər.

Yekunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

End of content

No more pages to load

RADİO