Bu 2 kənd qaytarılsa, Qazax-İcevan dəmir yolu AÇILA BİLƏR

Prezident İlham Əliyevin Qazaxıstan səfəri zamanı Ermənistana yük daşımalarına olan məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərarı açılmasından sonra Ermənistana Azərbaycandan keçməklə taxılın ixracı başlayıb. Eyni zamanda Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda (28 noyabr) Qəbələdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüşdə müzakirə olunub.

Ekspertlər düşünürlər ki, məhz Qazax-İcevan yolu Ermənistana taxıl və neft daşıması üçün ən yaxşı yoldur və bərpa edilməlidir.

Bizim.Media xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev modern.az-a açıqlamasında Ermənistan tərəfində dəmir yolunun tez bərpa olunacağına skeptik yanaşdığını bildirib:

“Azərbaycan üzərindən Ermənistana yükdaşımaları ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb.

Lakin qarşıdakı bir neçə il ərzində yükdaşımaları Gürcüstan üzərindən həyata keçiriləcək. Burada bir neçə səbəblər mövcuddur. Azərbaycan tərəfindən çox qısa müddətdə müəyyən işlər görmək olar, artıq müəyyən layihələr tamamlanırsa, xüsusilə də, Zəngəzur dəhlizi istiqamətində, amma Ermənistan tərəfində dəmir yolları demontaj olunub.

Qazax-İcevan-Razdan, Dilican mənzilləri üzrə dəmir yoluda 2010-cu ildə sürüşmə baş verib. Müəyyən sahələrin ümumiyyətlə, demontaj ediblər, kontakt şəbəkələrini belə söküblər. Qazaxın 7 kəndindən 4-ü qaytarılınb, 3-ü isə hələ də Ermənistandadır. Bu 3 kənddən 2-si - Sofulu və Bərxudarlı məhz Qazax istiqamətindən həm avtomobil, həm də dəmir yollarının keçdiyi ərazilərdir.

Qazaxdan üzü Bərxudarlıya qədər olan dəmir yolu yenidən qurulmalıdır. Çünki bu dəmir yolları 40 ilə yaxın müddət istifadə olunmayıb, müəyyən hissələri sökülüb. Avtomobil yolu da 4-cü dərəcəli kənd yoludur.

Halbuki Asiya marşrutu(AH-83) marşrutu üzrə Qazaxdan İrəvana istiqamətlənən yoldur. Böyük yük trafiki olarsa, bu yol nə dərəcədə dözəcək? Burada fərqli senarilər düşünmək olar, məsələnə, multimodal daşınmalar. Yəni, Azərbaycan tərəfindən 14-18 kilometr məsafədə avtomobil və dəmir yollarının Qazaxın o kəndlərinə qədər bərpası həyata keçirilə bilər.

Ermənistan tərəfində işin də, investisiyanın da həcmi böyük olması səbəbindən qarşı tərəfdə dəmir yolu ilə bağlı işlərin tez bir zamanda həllini tapmasına şübhə ilə yanaşıram.

Ermənilərin öz mənbələrinə əsasən, bu layihələri, yəni Azərbaycan və Türkiyə istiqamətinə olan dəmir yollarının qiymətləndirilməsinə baxsaq, görərik ki, 500 milyon dollara yaxın məbləğ Razdan-Dilican-İcevan istiqaməti üzrə, 223 milyon dollar Zəngəzur istiqamətinə, ardınca isə 16-17 milyon dollar Sədərəyə çıxan və Gümrüdən Qarsa gedən dəmir yolu üçün nəzərdə tutulur. Bu məsələlər əvvəla maliyyə və vaxtla bağlıdır. Dəmir yolunun Ermənistanın öz ərazisində dəmir yolunu tez bərpa edəcəyinə isə skeptik yanaşıram”.

Ekspert qeyd edib ki, dəmir yolunun bərpasının sürətlənməsi üçün Ermənistandakı esklavlarımızın qaytarılmasına zərurət var:

“Xüsusilə də, dəmir yolu xəttinin keçdiyi kəndlər - Sofulu və Bərxudarlı kəndlərinin qaytarılması və sürətli olaraq, Qazaxdan həmin kəndlərə həm avtomobil, həm də dəmir yolunun inşası ən real yoldur. Azərbaycan bu istiqamətdə işləri tez həyata keçirə bilər. Amma Ermənistan daxilindəki məsələlər sual altındadır və onlara bağlı nüansdır. Multimodal daşımalar realdır, amma siyasi məsələlər mövcuddur.

Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında delimitasiya olunmuş ərazilərin sahəsi 12 kilometr 700 metrdir. Ümumilikdə, Ermənistanla sərhədlərimizin uzunluğu isə 1007 kilometrdir. Yəni, ümumilikdə heç Qazax rayonunun bütöv sərhədləri delimitasiya olunmayıb.

Bu səbəbdən bir neçə işlər görülməlidir. Ən real variant Qazaxın həmin iki kəndinin qaytarılması və Azərbaycanın bu kəndlərinə qədər həm avtomobil, həm də dəmir yolunun bərpasıdır.

Biz bunu edə bilərik. Qalan hissəni artıq Ermənistan tərəfi icra etməlidir. Ola bilər ki, yük müəyyən yerə qədər dəmir yolu ilə, digər istiqamətdən isə avtomobillə daşınsın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

End of content

No more pages to load

RADİO