Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə əsas diqqət iki ölkə arasında səyahət edən sərnişinlər üçün yeni imkanların yaradılmasına və nəqliyyat əlçatanlığının artırılmasına yönəldilib. Bu çərçivədə bildirilib ki, daha əvvəl AZAL rəhbərliyi ilə “Wizz Air” aviaşirkəti arasında keçirilən işgüzar görüş nəticəsində Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və təsdiqlənib.

Sözügedən marşrut üzrə reyslərin Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn ildən etibarən “Wizz Air” aviaşirkəti tərəfindən icrası planlaşdırılır.

AZAL-ın prezidenti bildirib ki, Bakı – Bratislava marşrutunun açılması turizm, biznes və humanitar əlaqələrin inkişafına töhfə verəcək, eyni zamanda sərnişinlər üçün daha geniş istiqamət seçimi və rahat uçuş imkanları yaradacaq.

Öz növbəsində səfir Elçin Qasımov Slovakiya tərəfinin birbaşa aviareysin açılmasında maraqlı olduğunu vurğulayaraq Bratislava şəhərindən “Wizz Air” aviaşirkətinin 30-dan artıq istiqamət üzrə geniş marşrut şəbəkəsinə malik olduğunu, həmçinin Slovakiyada 5 mindən çox Azərbaycan vətəndaşının yaşadığını diqqətə çatdırıb.

Son illər ərzində AZAL-ın marşrut şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənərək Avropa, Asiya, Mərkəzi Asiya və Körfəz regionu üzrə əvvəlki 25 istiqamətdən 40-a yaxın istiqamətə çatması və hava limanının aviasiya şəbəkəsində mühüm mövqeyə malik olması görüş zamanı müzakirə olunub. Paralel olaraq aviaşirkət parkın mərhələli şəkildə yenilənmə prosesini davam etdirir, müasir və yanacağa qənaətcil “Airbus” və “Boeing” təyyarələri ilə donanmasını gücləndirir ki, bu da əməliyyat səmərəliliyinin və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

End of content

No more pages to load

RADİO