Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı – FOTO

Zaqatalada ailə münaqişəsi yanğınla nəticələnib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə dünən axşam rayonun Bəhmətli kəndində qeydə alınıb. 

Kənd sakini, 32 yaşlı Araz Ərşadoğluna məxsus evin həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 12 kvadratmetr olan yardımçı tikilidə yanğın baş verib.

Hadisə yerinə cəlb olunan Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını qısa müddətdə söndürüb. İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi məlum olub.


Məlumata görə, zərərçəkən Araz Ərşadoğlu ilə əmisi, 61 yaşlı İlham Məmmədov arasında uzun müddətdir torpaq sahəsinə görə mübahisə gedir. Qohumlar arasında yaranan narazılıq zəminində İlham Məmmədovun qardaşı oğluna məxsus yardımçı tikilini yandırdığı bildirilir.

Qeyd edək ki, keçən il də Araz Ərşadoğlunun yaşadığı ev müəmmalı şəkildə yanıb. Dünən isə ailənin əşyalarını yığdıqları yardımçı tikili alovlanıb.


Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və istintaqa təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Arzum“un qəzasında ölən Amal kim idi? - Toyundan bir il sonra...

“Arzum“un qəzasında ölən Amal kim idi? - Toyundan bir il sonra...

Mövsüm Həmdullayevə yüksək vəzifə VERİLDİ

Mövsüm Həmdullayevə yüksək vəzifə VERİLDİ

Qazaxda çayda batan yeniyetmə dünyasını dəyişdi

Qazaxda çayda batan yeniyetmə dünyasını dəyişdi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

“Qarabağ”ın yeni transferi Bakıya gəldi

Ruslan Abdullayev vəzifəsindən azad edildi – FOTO

Ruslan Abdullayev vəzifəsindən azad edildi – FOTO

İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-yə XƏBƏRDARLIQ

İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ-yə XƏBƏRDARLIQ

Sahibə Qafarovaya yeni köməkçi təyin olundu - FOTO

Sahibə Qafarovaya yeni köməkçi təyin olundu - FOTO

Paşinyan Xameneinin vida mərasiminə qatılacaq

Paşinyan Xameneinin vida mərasiminə qatılacaq

Qazaxda yeniyetmə çayda batdı

Qazaxda yeniyetmə çayda batdı

Azərbaycandan keçməklə Ermənistana BUĞDA GÖNDƏRİLƏCƏK

Azərbaycandan keçməklə Ermənistana BUĞDA GÖNDƏRİLƏCƏK

Şavkat Mirziyoyev Gürcüstanda səfərdədir

Şavkat Mirziyoyev Gürcüstanda səfərdədir

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti barədə AÇIQLAMA

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti barədə AÇIQLAMA

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi

Səidə Bəkirqızı bloqer Sevinci məhkəməyə verdi

Sabunçuda "Toyota" beton maneəyə çırpıldı – Ölən var

Sabunçuda "Toyota" beton maneəyə çırpıldı – Ölən var

Dünyanın ən təhlükəsiz şəhərlərinin REYTİNQİ açıqlandı

Dünyanın ən təhlükəsiz şəhərlərinin REYTİNQİ açıqlandı

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Müctəba Xamenei atasının dəfnində iştirak ETMƏYƏCƏK

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Ceyhun Bayramov Jan Todt ilə görüşdü - FOTO

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

Azərbaycanda daun sindromlu şəxslərin sayında AZALMA VAR

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

General-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir - FOTO

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən təşkilatlara sanksiya tətbiq ediləcək

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Səlahət Ağayevlə bağlı qərar VERİLDİ

Fransız xalqı artıq kef eləmir... – VİDEO

Fransız xalqı artıq kef eləmir... – VİDEO

End of content

No more pages to load

RADİO