8 aylıq hamilə qadının ölümünə görə mama-ginekoloq həkimlikdən uzaqlaşdırıldı

Öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib səhlənkarlıq etməsi nəticəsində Culfa rayon sakini, 8 aylıq hamilə Gülcan Allahverdiyevanın ölümünə səbəb olan Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin mama-ginekoloqu Zülfiyyə Ağayevanın məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Z.Ağayeva Cinayət Məcəlləsinin 314.2-ci maddəsi üzrə təqsirli bilinib və onun azadlığı 2 il 6 ay müddətinə məhdudlaşdırılıb.
 

Bundan başqa, 58 yaşlı mama-ginekoloq 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaqdan məhrum edilib. Həkim peşə fəaliyyətindən isə ömürlük uzaqlaşdırılıb.


Ekspertiza rəyinə görə, Gülcan Allahverdiyevaya göstərilmiş tibbi xidmət ümumilikdə qüsurlu olub. Hamiləyə inyeksiya edilmiş dərman preparatları qeyd olunan dozada deyil, daha artıq dozada və əzələ daxilinə deyil, venadaxili inyeksiya edilməli idi. O da bəlli olub ki, çağırışa getmiş tibb briqadasının tərkibində ixtisaslı həkim olmayıb. Təcili yardım maşınında isə defibrilyator (şok - red.) cihazının olmaması da məhkəmədə təsdiqlənib.

Bundan başqa, hamiləliyin 33-34 həftəliyində müayinəsi zamanı onda zülal və arterial təzyiqin normadan yüksək olduğu qeyd edilib. Bununla əlaqədar hamiləyə daha geniş müayinələr aparılması lazım olsa da, həkim məsələyə səhlənkar yanaşıb.

Qeyd edək ki, Z.Ağayeva səhlənkarlıq edərək G.Allahverdiyevaya hamiləliyi dövründə qüsurlu tibbi xidmət göstərib, hamiləyə antenatal xidməti tam həcmdə aparmayıb, nəticədə, o, hiperkoaqulyasiya fonunda ağciyər arteriyası şaxələrinin trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığından ölüb.
 

Bundan başqa, Z.Ağayeva məhkəmədə "Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı"nın tələblərinə riayət etmədiyi üçün xəstəxanaya müraciət edən başqa bir hamilə qadının da uşağının ölümündə təqsirli bilinib.


Qeyd edək ki, G.Allahverdiyeva Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO