Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində - FOTO

Vətən müharibəsində qazanılmış Zəfərinin 5-ci ildönümü qeyd etdiyimiz bu günlərdə ölkəmizin Çindəki səfirliyində Aprel döyüşlərinin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş ehtiyatda olan polkovnik-leytenant Vüqar Abduləzimov ilə Çində təhsil alan azərbaycanlı tələbələrin bir qrupu arasında görüş olub.

Bizim.Media xəbər verir ki, V.Abduləzimov gənclərə Azərbaycan ordusunun keçdiyi şərəfli döyüş yolundan, əsgər və zabitlərinin Vətən sevgisindən danışıb.

Qeyd edib ki, bədnam qonşularımız 1990-cı illərin əvvəlində Azərbaycandakı gərgin ictimai-siyasi, sosial-iqtisadi vəziyyətdən yararlanmaqla, xarici qüvvələrin böyük dəstəyi ilə Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal edərək, etnik təmizləmə aparıb, mədəni, tarixi və dini abidələr dağıdıblar.
 

Onlar elə düşünürdülər ki, bu işğal əbədi olacaq. Amma Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, dövlətçilik bacarığı sayəsində Azərbaycan uçurumun kənarından geri dönərək, bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində inkişafa başladı.


Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri ən müasir silah və texnika ilə təmin olundu, hərbçilərimizin peşəkarlığının, döyüş bacarığının yüksəldilməsi üçün davamlı işlər görüldü.

Ehtiyatda olan zabit Azərbaycan ordusunun 2016-cı ilin Aprel döyüşlərində düşmənə vurduğu sarsıdıcı zərbədən danışıb.

Bildirib ki, Aprel döyüşlərində igid hərbçilərimiz erməni tərəfinin keçilməz sədd adlandırdığı “Ohanyan xətti”ni cəmi 40 dəqiqəyə yarıb keçib. Azərbaycan ordusu aprel hadisələrində əldə etdiyi döyüş təcrübəsini 2020-ci ildə Vətən müharibəsində istifadə edərək, böyük qələbə əzmi ilə cəmi 44 gün ərzində xeyli ərazini, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək düşməni təslim olmağa məcbur etdi.

V..Abduləzimov bildirib ki, Aprel döyüşlərində geri aldığımız postlarda kəşfiyyat tapşırıqları yerinə yetirərkən minaya düşüb, sol ayağı dizdən aşağı amputasiya olunub. Uzunmüddətli müalicədən sonra müasir protezlə təmin olunaraq, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gənc hərbçilərə təlim keçməklə məşğul olub.

Qazi dünyanın müxtəlif yerlərində təhsil alan gəncləri Vətən sevgisini daim uca tutmağı, nümunəvi tələbə olmağı, Azərbaycanın adını hər yerdə uca tutmağı tövsiyə edib.

Sonra V.Abduləzimov tələbələrlə birlikdə Çin səddinə baş çəkib.

Qeyd edək ki, Azərbaycan xalqı haqlı olaraq Qarabağ zəfərinin sevincini, qürurunu yaşayır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız, dağıdılan, viran qoyulan yurdumuz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı, peşəkarlığı sayəsində işğaldan azad olunub.
 

Vətən müharibəsi təkcə ərazilərimizin azad olunması, ədalətin bərqərar olunması, beynəlxalq hüququn təmin edilməsi deyildi, həm də Azərbaycan xalqının ləyaqətinin, qürurunun bərpası idi.


Bu yolda neçə-neçə igid canından keçdi, sağlamlığından oldu. Onların qəhrəmanlığı, cəsarəti, fədakarlığı gənc nəsil üçün nümunədir. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak edən, qəhrəmanlıq göstərən hərbçilərlə, şəhid ailələri ilə görüşlər gənclərin vətənpərvərlik ruhunda yetişməsi, onlara Vətənə, dövlətə sədaqət hissinin aşılanması baxımından son dərəcə önəmlidir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO