Qaxın Əmbərçay kəndində QIŞ KABUSU – Sakinlər istilik yoxdur deyə, kəndi tərk edir – FOTO

Qax rayonunun Əmbərçay kəndində minə yaxın sakin yaşayır. Ətrafı dağlarla əhatələnən bu kənd saf havası, əsrarəngiz təbiəti ilə seçilsə də, sakinlər illərdir mavi yanacaq çatışmazlığından əziyyət çəkirlər. Bu səbəbdən kənd tədricən boşalır.

Qaxın qazlaşdırılmamış təxminən 35 kəndindən biri olan Əmbərçayda sakinlər bildirirlər ki, yaz-yay aylarını birtəhər yola versələr də, qış mövsümü başlayanda əsas qayğı odun tədarükü olur. 

Bu problemlə bağlı Bizim.Media-nın yerli bürosuna şikayətlənən Musayevlər ailəsi bildirir ki, odun ala bilmək üçün üç ay ərzində sənədləşmə işləri ilə məşğul olublar. Ailədə azyaşlı uşaqlar olduğu üçün evdə bir neçə yerdə odun sobası yandırmaq məcburiyyətindədirlər. Qış bu bölgədə bəzən 7-8 aya qədər davam edir.

Sakin Səhərnaz Musayeva deyir ki, ailədə yeddi nəfərdirlər və  onların üçü azyaşlıdır:

“Evdə üç yerdə odun peçi yandırırıq. Bir balon sıxılmış qazı 25 manata alırıq, o da bizə 10 gün belə çatmır. Ayda üç dəfə qaz balonu almağa məcburuq. Əmək pensiyasının yarısı bu xərclərə gedir. Bəs ailəni necə dolandıraq?” – deyə o narazılığını bildirir.

Ailə başçısı Adil Musayev isə qeyd edir ki, bir maşın odun üçün bir neçə ay sənədləşmə ilə məşğul olub:

“Qışın sərt vaxtı gələndə odun tapmaq daha da çətinləşir. Kənddə hər kəsin 400-500 manat oduna verməyə imkanı yoxdur.”

Sakinlər deyirlər ki, dağlara gedib odun tədarük etmək mümkün deyil, odun almağa isə maddi imkan çatmır.

Kənd sakini Elçin Abdurzayev  isə bir neçə ildir xəstə olduğunu və təqaüd almadığını bildirir:

“Qarşıdan sərt qış gəlir. Həyətimdə ötən ildən qalan çırpı ilə birtəhər keçinirəm. Amma qarşıda bizi nə gözlədiyini bilmirəm”.

Kənd sakinlərinin sözlərinə görə, kəndin sürətlə boşalmasının əsas səbəbi məhz istilik problemidir. Xüsusilə gənc ailələr daha yaxşı şəraitdə yaşamaq ümidi ilə iri şəhərlərə köçürlər.

Abdurəhim Qadaşov deyir ki, vəziyyət getdikcə ağırlaşır:

“Qış gəlib çatıb, imkanım yoxdur, pensiya almıram. İki maşın odun almaq üçün 1000 manat lazımdır. Bu da bizim üçün çox böyük məbləğdir. Kəndin əksər sakinləri payızda Bakıya gedir, yazda qayıdır. Sonra da deyirlər paytaxtda sıxlıq var. Əlbəttə, qaz olsa, kim gedər öz yurdundan?”

Sakinlərin haqlı narazılığını “Azəriqaz” İstehsalat Birliyinə çatdırdıq və məsələ ilə bağlı münasibət öyrəndik.

Qurumdan Bizim.Media-ya bildirilib ki, qazlaşdırma işləri mərhələli şəkildə və daxili imkanlar hesabına həyata keçirilir. Maliyyə vəsaiti ayrıldığı halda növbəti illərdə Əmbərçay kəndinin də qazlaşdırılması planlaşdırılır.

Aparılan araşdırmalar göstərir ki, Şəki–Zaqatala iqtisadi rayonunda qazlaşdırılmamış yaşayış məntəqələrinin sayı hələ də yüksəkdir. Belə ki, Qəbələnin 27, Oğuzun 7, Şəkinin 22, Qaxın isə 35 kəndi hələ də mavi yanacaqla təmin olunmayıb. Zaqatala rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonda 62 yaşayış məntəqəsindən yalnız 32-si qazlaşdırılıb ki, bu da ümumi sayın cəmi 52 faizini təşkil edir.
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO