Azərbaycan Ordusunda Zəfərin beşinci ildönümü QEYD EDİLDİ - FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə hərbi qulluqçular şəhidlər xiyabanlarını ziyarət edərək Vətən uğrunda canından keçmiş igid döyüşçülərimizin məzarları üzərinə güllər düzüb, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrlərin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən, qələbənin qazanılmasında xalqımızın rolundan, igid oğullarımızın şücaətlərindən danışılıb, şəhidlərimizin xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Şanlı qələbəmizdən keçən beş il ərzində işğaldan azad edilmiş torpaqlarımızda görülmüş abadlıq və quruculuq işlərindən geniş söhbət açılıb.

Şəxsi heyətə Zəfər və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, keçirilmiş döyüş əməliyyatları haqqında ətraflı məlumat verilib.
 

Vətən müharibəsinə dair sənədli filmlər və videoçarxların nümayişi, hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.


Tədbirlərin sonunda yüksək döyüş hazırlığı və nizam-intizamı ilə xidmətdə fərqlənən hərbi qulluqçular fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO