Qarabağın yenidən DOĞUŞU - Zəfərin İZİ İLƏ

Əvvəllər Qarabağı demək olar ki, heç görməmişdim. Tək bir dəfə — 1984-cü ildə tələbə yoldaşımız Sayad Məmmədovanın nənəsinin yas mərasiminə Ağdamın Güllücə kəndinə getməyim istisna olmaqla.

İşğal dövründə isə həmişə arzum olub ki, torpaqlarımız azad olunanda həmin yerlərə gedə bilim. 2020-ci il 8 noyabr Zəfəri isə bu arzumu reallaşdırdı. Bütün Azərbaycanı sevincə boğan bu şanlı qələbədən sonra mən də səfərlərimi etməyə başladım.
 

Son beş ildə Qarabağın işğaldan azad olunmuş rayonlarına 7 dəfə səfər etmişəm. Bu səfərlərin 5-i Dövlət Sərhəd Xidmətinin, 2-si Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə olub.


İlk səfərim 2020-ci il 18 dekabrda Cəbrayıl rayonu ərazisində yerləşən məşhur dostluq körpüsü Xudafərinə olub. Yol yoldaşlarım operator Rəşad Ağaşirinov və sərhədçi sürücü ilə Xudafərini görəndə dəhşətə gəlmişdim. Görüntülər çox ağrılı və dözülməz idi; insanın ürəyi sızlayırdı.

Amma təsəllimiz tarixi Xudafərinin artıq Azərbaycan torpağı olması və burada qürurla dalğalanan Azərbaycan bayrağı idi.

Qarabağa ikinci səfərim 2021-ci il 5-6 yanvar tarixlərində DSX-nin təşkil etdiyi mediatur olub. Turda DSX rəisi, general-polkovnik Elçin Quliyevin birbaşa iştirakı diqqət çəkirdi. Yanvarın 5-i gecəsi Məlikli Sərhəd Komendantlığında jurnalistlərlə birgə yandırılan tonqal, işğaldan sonra Qarabağda alovlanan ilk tonqal idi.

Mətbuat nümayəndələrilə tonqal başında çox səmimi söhbət edən general Quliyev 44 günlük Vətən Müharibəsini müdrikcəsinə idarə edən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev haqqında dediyi bir cümləni indi də xatırlayıram:  

"İlham Əliyev Vətən Müharibəsində mümkün olan hər şeyi etməklə yanaşı, mümkün olmayan hər şeyi də etdi. Azərbaycan xalqı bu möhtəşəm qələbə sevincini Liderinin və rəşadətli oğullarının hesabına yaşadı".

2021-ci ilin noyabrında həmkarım Vüsalə Balayeva ilə Zəngilanın Ağalı, Cahangirbəyli Sərhəd Dəstəsi və Vejnəli qızıl yarağına səfər etmişik. Daha sonra 2021 və 2023-cü ilin dekabr aylarında Medianın İnkişafı Agentliyinin Şuşaya təşkil etdiyi mediaturlarda iştirak etmişəm. 2023-cü ilin oktyabrında isə Laçına səfər etmişəm.

Qarabağa son səfərim 2024-cü ilin iyul ayında operator Asif Cabbarov ilə Xocalıya olub.

Burada Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun 5 gün təkbaşına vuruşduğu qədim alban kilsəsini ziyarət etmişik. 
 

Bütün bunları deməklə, günün qəhrəmanları — Zəfərimizi yaradanları alqışlamaq istəyirəm. Getdiyim işğaldan azad olunmuş rayonlarda — Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Xocalı, Şuşa və digər yerlərdə yenilənən qədim Qarabağın şahidi olmuşam. Günün dəyişməz qəhrəmanları məhz onlar — Ali Baş Komandan İlham Əliyev, bütün qoşun növləri üzrə cəsur hərbçilərimiz və Qarabağ uğrunda canından keçən unudulmaz şəhidlərimizdir.


Zəfərimizin 5 illiyində şəhidlərimizi hörmətlə anaraq, bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Azərbaycana yalnız qələbə yaraşır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

End of content

No more pages to load

RADİO