Bakı Dövlət Universitetində “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirildi - FOTO

Bakı Dövlət Universiteti (BDU) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin 5 ili: Şanlı Qələbənin izi ilə” adlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, xalqımız şanlı Zəfərin 5 ilini böyük qürur hissi ilə qeyd edir.

5 il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən tapdağında qalan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başladı. 30 ilə yaxın işğalda qalan torpaqlarımız azad olundu.

Azərbaycan Vətən müharibəsi ilə bütün dünyaya ədalətli müharibənin necə aparıldığını göstərdi:

“Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu düşmən tərəfindən bir mülki obyektə belə silah tuşlamadı. Vətən müharibəsi elə bir müharibə idi ki, xalq öz Ordusu və Ali Baş Komandanı ətrafında yumruq kimi birləşmişdi. Dünyada elə bir dövlət yoxdu ki, müharibədən dərhal sonra quruculuq işlərinə başlasın.
 

Biz dünyaya sübut elədik ki, döyüşməklə bərabər, qurub-yaratmağı da bacarırıq. Bu gün gənclərimiz şanlı Zəfəri çox yaxşı təbliğ edirlər. BDU tələbələri tərəfindən silsilə tədbirlər, Zəfərimizin qəhrəmanları ilə görüşlər keçirilir. Zəfəri bu qəhrəmanlar qazandı, onu qorumaq və möhkəmləndirmək isə gənc nəslin üzərinə düşür”.


“Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı qurumun Vətən müharibəsi və ondan sonrakı dövrdə gördüyü işlərdən bəhs edərək, gənclərin milli dəyərlər, vətənpərvərlik və ictimai məsuliyyət mövzularında məlumatlandırılmasının əhəmiyyətindən danışıb.

Tədbirin davamında “Qələbəyə doğru atılan addımlarla” adlı panel müzakirə keçirilib. BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədovun moderatorluğu ilə keçirilən paneldə Milli Məclisin üzvü Nizami Səfərov, Vətən Müharibəsi Qəhrəmanı, Xəzər Dəniz Gəmiçiliyinin şöbə rəisinin müavini Zaur Hüseynov, tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova və Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, telejurnalist İlham Tumas Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətini vurğulayıb, bu Qələbənin xalqımızın milli birliyi və azadlıq iradəsinin təntənəsi olduğunu, ordumuzun göstərdiyi qəhrəmanlığın isə gələcək nəsillər üçün nümunə təşkil etdiyini bildiriblər.

Qeyd edək ki, tədbirin məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin əziz xatirəsini anmaq, qazilərə hörmət və minnətdarlıq hisslərini təbliğ etmək, həmçinin gənclərin ictimai fəallığını və milli birlik dəyərlərini möhkəmləndirmək olub.
















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

End of content

No more pages to load

RADİO