Sumqayıtda kirayə ev axtaran ana və qızını QARƏT ETDİLƏR

Sumqayıtda kirayə ev axtaran ana və qızı qarət edilib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində baş verib.

1999-cu il təvəllüdlü Pərviz Əmirov (adı və soyadı şərtidir) valideynlərindən ayrılıb şəhər ərazisindəki kafedə işləyib. O, kafe sahibi və ofisiantlara kömək edərək, obyektdəki stulların düzülməsinə yardım edib, əvəzində isə gündəlik yeməyini pulsuz yeyirmiş.

Bir müddət əvvəl şəhər sakinləri olan Dilarə Aydınova və qızı Sumqayıt şəhərində kirayə mənzil axtararkən həmin kafeyə gəliblər. Kafedə onları Pərviz qarşılayıb və kirayə ev tapa biləcəyini bildirib.
 

Qadın və qızı Pərvizlə birlikdə kafedən çıxıb şəhərin 76-cı məhəlləsinə gəliblər. Pərviz bir qapını döyərək, guya həmin evin kirayə verildiyini bildirib. Bu vaxt Dilarə və qızı evin hasarının yanında oturub, Pərvizin evi kirayə danışmasını gözləyiblər. Qadın əlindəki torbasını yerə qoyarkən, Pərviz həmin torbanın içərisində pul olduğunu görüb. O, qadına nəsə soruşmaq adı ilə yaxınlaşıb, torbanı götürüb və hadisə yerindən qaçıb.


Qadın qızı ilə birlikdə Pərvizin olduğu kafeyə gələrək, başına gələnləri kafe sahibinə danışıb. Kafe sahibi Pərvizə zəng vuraraq, qadının kafedə olduğunu və pulu gətirəcəyi təqdirdə polisə şikayət etməyəcəyini bildirib. Pərviz isə kafe sahibinə dostu İlkin Qurbanovun evində olduğunu bildirib.

Bir neçə dəqiqədən sonra kafe sahibi, zərərçəkmiş qadın və ev sahibi İlkin Qurbanov polis əməkdaşları ilə birlikdə evə gəliblər, Pərviz saxlanılıb. Məlum olub ki, Pərvizin oğurladığı torbanın içərisində qadına məxsus 4 500 manat olub.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə Pərviz Əmirova 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

End of content

No more pages to load

RADİO