Ermənistandakı seçkilərə Rusiyadan REAKSİYALAR – Moskva kimi dəstəkləyəcək? – ÖZƏL

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün namizədliyini irəli sürüb. Baş nazir hakim Vətəndaş Müqaviləsi Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb.

Paşinyanın ardınca Ermənistan Parlamentinin spikeri Alen Simonyanın da, həmin partiyadan namizədliyi irəli sürülüb.

Paşinyanın siyasətini tənqid edən rəqib partiyalardan isə Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan və hazırda İrəvanda həbsdə olan oliqarx Samvel Karapetyan bir neçə ay əvvəl seçkilərdə iştirak edəcəklərini bəyan ediblər.

Təbii ki, seçkilər ərəfəsində Rusiyanın mövqeyi də böyük maraq doğurur. Ələxüsus da ona görə, Moskvanın Paşinyan hakimiyyəti dönəmində İrəvanla münasibətlərində fikir ayrılıqlıqları müşahidə olunur.

Bəs, seçkilərdə Rusiya hansı qüvvələri dəstəkləyəcək?

Rusiyanın Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev Bizim.Media-ya açıqlamasında bildirib ki, Ermənistanda 2026-cı il parlament seçkiləri çox maraqlı olacaq:

“Çünki bir-birindən tamamilə fərqlənən, 180 dərəcə zidd mövqelərə malik olan və tamam başqa yanaşma göstərən namizədlər var. Eyni zamanda, Paşinyanın dövründə Ermənistan cəmiyyəti çox parçalanmış vəziyyətə gəlib və orada, doğrudan da, tam əks qütblərdə dayanan baxışlar mövcuddur. Son siyasi hadisələri nəzərə alsaq, seçkilər kəskin rəqabət və elektoratın yenidən qütbləşməsi ilə müşayiət olunacaq. Seçkilərin nəticəsi isə, tərəflərin siyasi xəttindən asılı olacaq”.

Rubayev qeyd edib ki, Rusiya suveren dövlətin daxili işlərinə qarışmır:

“Rusiya Ermənistanın suverenliyini tanıyır və heç bir siyasi qüvvəni dəstəkləmir. Təbii ki, Rusiyanın marağı regionda sabitlik və proqnozlaşdırıla bilən siyasi mühitin təmin olunmasındadır. Paşinyanın dövründə sülh razılaşması istiqamətində irəliləyiş mövcuddur. Lakin Koçaryan (və ya digər radikal namizəd) hakimiyyətə gəlsə, regionda sülh prosesinin gələcək taleyi qeyri-müəyyən olacaq”.

“Rusiya hər variantı qəbul edəcək”

Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov isə hesab edir ki, Ermənistandakı seçkilərdə mübarizə yalnız Paşinyan və Koçaryandan ibarət siyasi qüvvələr arasında olmayacaq:

“Ən azı, hazırda həbsdə olan, lakin tərəfdarları vaxtaşırı İrəvan küçələrinə çıxan Karapetyan da var. Bu baxımdan, Rusiya Ermənistan xalqının azad və müstəqil seçim etdiyi hər variantı qəbul edəcək. Əsas məsələ odur ki, seçim məhz Ermənistan xalqı tərəfindən edilsin, hansısa xarici qüvvələr tərəfindən yox.

Əgər Ermənistanda seçkilər ədalətli keçirilərsə və Ermənistan vətəndaşları hansısa siyasətçini seçsə, Rusiya bunu müsbət qarşılayacaq və hər şey normal olacaq. Rusiya Ermənistanın seçilmiş hökuməti, baş naziri və parlamenti ilə işləyəcək. Rusiya Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməyəcək”

Ekspertin sözlərinə görə, Ermənistanda hakimiyyət düşərgəsi daha mərkəzləşdirilmiş və idarəolunandır:

“Müxalifət bloku isə birləşmiş deyil. Müxtəlif liderlər özlərini qalib kimi görür və bir-birləri ilə demək olar ki, əməkdaşlıq etmirlər. Bu isə Paşinyanın daha çox şanslı olduğunu göstərir. Çünki onun tərəfdarları birləşmiş qüvvədir, müxalifət tərəfdarları isə parçalanıb. Əgər yalnız Koçaryan olsaydı, bəlkə müxalifətin şansı daha çox olardı, lakin o tək deyil, buna görə də vəziyyət mürəkkəbdir”.

Dmitri Solonnikov əlavə edib ki, Paşinyan yenidən əsas namizəd olacaq və çox güman ki, hakimiyyətdə qalacaq.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

End of content

No more pages to load

RADİO